Accessibility links

Nyu Yorkda sığortası olmayan ukraynalı qaçqınlara tibbi yardım yarmarkası təşkil edilir


Nyu Yorkda sığortası olmayan ukraynalı qaçqınlara tibbi yardım yarmarkası təşkil edilir
please wait

No media source currently available

0:00 0:03:03 0:00

Nyu Yorkda sığortası olmayan ukraynalı qaçqınlara tibbi yardım yarmarkası təşkil edilir

Müharibədən qaçıb ABŞ-a gələn ukraynalılar üçün səhiyyə sisteminə çıxış ən böyük problemlərdən biri olaraq qalır. Nyu Yorkda qaçqınlara yardım edən bir könüllü qrup ukraynalıların ehtiyac duyduqları tibbi yardımı ala bilmələri üçün səhiyyə yarmarkası təşkil edib.

Yuliya Qladirenko Nyu Yorka cəmi bir neçə həftə əvvəl, Birləşmiş Ştatların “Ukrayna üçün birləşin” immiqrasiya proqramı vasitəsilə gəlib. Qladirenko hamiləliyin yeddinci ayındadır. Ukraynanı tərk etməzdən əvvəl o, hamiləlik diabeti olduğunu öyrənib. Ukraynalı qaçqın Yuliya Qladirenko: "Tibbi sığorta almağa vaxtım olmadı, ona görə də ABŞ-a uzun səfərin körpəmə necə təsir etdiyini öyrənmək üçün bura, yarmarkaya gəldim."

Bu, Trans-Atlantik Tibbi Yardım Fondu ilə ABŞ-ın "Ukraynaya Yardım Et" adlı xeyriyyə təşkilatının birlikdə Nyu-Yorkda ukraynalı qaçqınlar üçün təşkil etdiyi üçüncü tibbi yarmarkadır.

Xeyriyyə fondu 2016-cı ildə mamalıq və ginekologiya üzrə mütəxəssis, doktor Şon Yunayev tərəfindən təsis edilib. Yunayev Lvivda anadan olub və hələ körpə ikən ailəsi ABŞ-a mühacirət edib. Mamalıq və Ginekologiya üzrə mütəxəssis Şon Yunayev: "Biz başa düşdük ki, pul və avadanlıq toplamaq üçün edə biləcəyimiz çox şey var və daha çox insanın ABŞ-a heç bir tibbi yardım olmadan gəldiyini də başa düşdük."

Buradakı işçilər deyirlər ki, bu səyyar klinika hər dəfə işə başlayanda həkimə 40-50 nəfər müraciət edir. Yunayev buraya gələn qaçqınların əksəriyyətinin yüksək qan təzyiqi, şəkərli diabet və astma kimi xroniki xəstəlikləri olan yaşlı insanlar və təcili olaraq dərmana ehtiyac duyduqlarını deyir. Şon Yunayev: "Onlara verə biləcəyimiz ən azı tibbi sığorta alana və Birləşmiş Ştatlarda daimi qalana qədər müəyyən bir müddət qəbul edə biləcəkləri bir dərmandır."

Oksana Malinovska Ukraynadan ABŞ-a bir il əvvəl gəlib. Bu gün onun tibbi sığortası var, lakin o, hələ də Amerika səhiyyə sistemini anlamaqda, habelə həkimlərlə ingilis dilində danışmaqda çətinlik çəkir. Oksana Malinovska: "Mən bizim dildə danışan ukraynalı həkimlərlə danışmaq istərdim. Üstəlik, amerikalı həkimlər bizim narahatlıqlarımızı bir az başqa cür görür, onların burada fərqli yanaşması var."

Hamilə Yuliya Qladirenko deyir ki, Yunayev və həmkarlarını görəndə özünü daha yaxşı hiss edib. "Həkimlər körpəmə baxdılar, ürək döyüntüsünü dinlədilər, Ukraynadan gətirdiyim tibbi sənədlərimə baxdılar, növbəti addımlarımın nə olacağını dedilər."

Şon Yunayev: "Biz ona sığortanı hökumətin Medicaid adlı proqramlaarından biri vasitəsilə almağa yardım etməyi planlaşdırırıq. Peşəkar xidmətimə gəlincə, mən ondan nə isə almağı planlaşdırmıram".

ABŞ-ın "Ukraynaya Yardım Mərkəzi"nin könüllüləri artıq növbəti tibbi yarmarkanı planlaşdırır və bunu ukraynalı qaçqınların onlara ehtiyacı olduğu müddətcə edəcəklərinə ümid edir.

Forum

XS
SM
MD
LG