Accessibility links

Budapeşt sakinləri Ukraynadan qaçan insanları qarşılayır


Budapeşt sakinləri Ukraynadan qaçan insanları qarşılayır
please wait

No media source currently available

0:00 0:01:55 0:00

Macarıstanın paytaxtı Budapeşt şəhərində yerli insanlar Nyuqati dəmiryolu vağzalına toplaşaraq, Ukraynadan qaçanları qarşılayırlar. Hər gün yüzlərlə insanın gəldiyi vağzaldakı yardımlarda bir neçə hümanitar təşkilatlardan əlavə, könüllü şəkildə toplaşmış yerli əhali də iştirak edir.

Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynadan qaçıb, sərhəd bölgəsindəki qonşu ölkələrə sığınan qaçqınların ümumi sayı artıq 1,5 milyondan daha çoxdur. Bunlardan sadəcə 180 mindən çoxu qonşu ölkə olan Macarıstana keçən insanlardır.

Macarıstanın paytaxtı Budapeşt şəhərində yerli insanlar Nyuqati dəmiryolu vağzalına toplaşaraq, Ukraynadan gələn qaçqınları qarşılayırlar. Hər gün yüzlərlə insanın gəldiyi vağzaldakı yardımlarda bir neçə hümanitar təşkilatlardan əlavə, könüllü şəkildə toplaşmış yerli əhali də iştirak edir. Burada gələn insanları qarşılayır, onlara pulsuz qida, isti geyimlər və ehtiyacları ola biləcək hər şeyi verirlər. Həmçinin yerli əhali bura gələrək qaçqınları öz evlərində qonaq etmək üçün qeydiyyatdan keçir, maşınları ilə onlara nəqliyyat dəstəyi olurlar. Hətta bəzi insanlar tərcüməçilik etməklə, bəziləri öz telefonlarındakı interneti bölüşməklə, pulsuz simkart paylamaqla kiçik belə olsa əllərindən gəldiyi qədər Ukraynadan gələn qaçqınlara öz dəstəklərini göstərməyə çalışırlar.

XS
SM
MD
LG