Accessibility links

Ukrayna Rusiyanın sərhəddə irəliləməsinin qarşısını almaqda çətinlik çəkir


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın şimal-şərqdə hücumunu intensivləşdirəcəyini gözləyir. O, müttəfiqlərini vəziyyəti tarazlaşdırmaq üçün daha çox hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri göndərməyə çağırıb.

Zelenski Agence France-Presse-ə verdiyi eksklüziv müsahibədə deyib ki, Kyiv Rusiyanın ötən həftə Xarkiv bölgəsinə gözlənilməz hücumundan bəri cəbhə xəttini qorumaq üçün ehtiyacı olan hava hücumundan müdafiə sistemlərinin yalnız dörrdə birinə malikdir.

Zelenski deyib ki, Ukrayna qoşunları ölkənin şimal-şərq sərhədi boyunca Ukrayna ərazisi daxilində 5-10 kilometr irəliləyən düşmən qüvvələrinin qarşını ala bilib. Amma o həmçinin xəbərdarlıq edib ki, bu qoşunlar Rusiyanın daha geniş hücumundakı "birinci dalğa" ola bilər.

“Mən bunun [Rusiya üçün] böyük uğur olduğunu deməyəcəm, amma biz sayıq olmalıyıq və onların bizim ərazimizin dərinliyinə daxil olduğunu başa düşməliyik,” Zelenski cümə günü Kyivdə hücum başlayandan bəri xarici mediaya ilk müsahibəsində deyib

Zelenski bildirib ki, Xarkiv regionunda vəziyyət “nəzarət altına alınıb,” amma “sabitləşdirilməyib.”

“Bu gün biz Ukraynanı müdafiə etmək üçün ehtiyacımız olanın 25 faizinə sahibik. Mən hava hücumundan müdafiə sistemindən danışıram,” o deyib.

Zelenski AFP-yə bildirib ki, Ukraynanın hava hücumundan müdafiə baxımından Rusiya ilə bərabərlik əldə etməsi üçün 120-130 F-16 döyüş təyyarəsi və ya başqa qabaqçıl təyyarələrə ehtiyacı var.

Rusiyanın irəliləyişləri

Bu arada isə Rusiya Müdafiə Nazirliyi şənbə günü bildirib ki, Xarkiv regionunda Vovçansk yaxınlığında bir kəndi ələ keçirib.

“Şimal qüvvələrinin bölmələri Xarkiv regionunda Staritsia kəndini azad edib və düşmənin müdafiəsinə doğru irəliləməyə davam edib,” nazirlik bildirib.

Xarkiv qubernatoru Oleh Sınehubov şənbə günü bildirib ki, Rusiya mayın 10-da quru hücumuna başlayandan bəri təxminən 10 min nəfər Xarkiv regionundan qaçıb.

O bildirib ki, “ağır döyüşlərin” getdiyi Vovçansk şəhərində yalnız 100-ə yaxın insan qalıb

Ukrayna rəsmiləri müharibənin dağıtdığı Vovçansk şəhərindən 8 minə yaxın mülki vətəndaşı evakusiya edib.

Rusiya qüvvələri mayın 9 ilə 15 arasında 278 kvadrat kilometr ərazinin nəzarətini ələ keçirib.

Forum

XS
SM
MD
LG