Accessibility links

Ukraynalılar Rusiya qüvvələrinə qarşı döyüşlərdə həlak olan Maydan fəalının xatirəsini anıblar


İyunun 18-yüzlərlə insan Kyivin mərkəzində Müqəddəs Maykl monastırında toplaşaraq Roman Ratuşnının xatirəsini yad ediblər. Ratuşnı Ukraynada 2014-də baş verən inqilan zamanı məşhurlaşan fəal olub.

24 yaşlı ukraynalı iyunun 9-da ölkənin şərqində, Severodonetskin təxminən 115 kilometr şimal-qərbində yerləşən İzyum şəhərində rusiya qoşunlarına qarşı döyüşdə həlak olub.

Ratuşnı Rusiyanın fevralın 24-də Ukraynanın Rusiyaya tam-miqyaslı hərbi müdaxiləsinin ilk günündə ukrayna silahlı qüvvələrinə qoşulub.

Fəal 2014-cü ildə Ukraynanın Rusiya tərəfdarı prezidenti Viktor Yanukoviçin devrilməsi və ölkənin Qərbə yaxınlaşması ilə nəticələnən hökumət əleyhinə Maidan etirazlarında iştirak edib.

O, həmin zamandan bəri vətəndaş və ətraf mühit fəallığı ilə tanınırdı.

XS
SM
MD
LG