Accessibility links

Ukraynalılar Putinin yenidən seçilməsini müharibənin yaxında bitməyəcəyinə işarə olaraq görürlər


Ukraynalılar Putinin yenidən seçilməsini müharibənin yaxında bitməyəcəyinə işarə kimi görürlər
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Dünya boyu bir çoxları kimi ukraynalıları da Prezident Vladimir Putinin Rusiya seçkilərindəki böyük qələbəsi təəccübləndirmədi. Bir çoxları bu nəticəni Ukraynadakı müharibənin yaxın zamanda başa çatmayacağına dair bir işarə olaraq görürlər.

Ukraynalılar Rusiyanın uzunmüddətli prezidenti, yaşadıqları müharibənin memarı Vladimir Putinin seçkilərdə təkrar olaraq böyük qələbə çalması ilə öyünməsini izlədilər.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Putin ömürlük hakimiyyətdə qalmaq üçün əlindən gələni edir.

“Bu seçki simulyasiyasında zərrə legitimlik yoxdur və ola da bilməz,” o deyib.

Siyasi analitik Vitali Portnikov deyir ki, ukraynalılar üçün ən çox Rusiyanın Ukraynanın şərqində işğal olunan ərazilərdə seçki keçirdiyinə dair görüntülər naharatlıq doğurdu.

“Rusiya prezident seçkilərinin Ukraynanın işğal edilən ərazilərində keçirilməsi Ukrayna üçün vacibdir. Bu, beynəlxalq qanunun kobud şəkildə pozulmasıdır. Rusiya hakimiyyəti Rusiyanın öz ərazisində istədiyini edə bilər,” Portnikov deyir.

Ukrayna paxtaxtı Kyivin küçələrində belə bir hiss var ki, ruslar Putini təsdiqlədilər və onu Ukraynadakı təcavüzünü davam etdirməyə cəsarətləndirdilər.

“Bu seçkilərin nəticələri məni heç də təəccübləndirmədi. Bu gözlənilən, təxmin edilən bir vəziyyət idi və təəssüf ki, Rusiyada heç nə dəyişmir,” Kyiv sakini Anna deyir.

“Onlar Ukraynanı ələ keçirib, bütöv Ukrayanın məhv etmək, faktiki olaraq ukraynalı olan hər şeyi məhv etmək istəyirlər. Onlar bunu heç vaxt gizlətmirdilər. Putinin tezisi bunu təsdiq edir. O, indi xalqından kart-blanş alıb və çox güman ki, bu aqressiv siyasətini davam etdirəcək…” Kyiv sakini Yuri deyir.

“Və onlar bunu tam olaraq boyunlarına alırlar, bunu gizlətməyə belə çalışmırlar,” Anna əlavə edir.

Qərb ölkələri də Rusiya seçkilərini pisləyərək, nə azad nə də ədalətli adlandırıb.

ABŞ Senatoru Lindsi Qraham Kyivə səfəri zamanı Rusiyadakı seçkiləri “saxta” adlandırıb.

“Putinin seçilməsi haqda: bu, legitim deyil. O legitim prezident deyil. O, terrorçu dövlətə rəhbərlik edir,” o deyib.

Bu arada isə ukraynalılar sursat çatışmazlığı və yeni cəsarətlənmiş Vladimir Putinin Ukrayna xalqına daha çox problem problem yarada biləcəyinə dair anlayış fonunda cəbhə xəttində eskalasiyaya hazırlaşırlar.

Forum

XS
SM
MD
LG