Accessibility links

Ukrayna əhalisi 23 faiz azalıb


Ukraynada keçirilən elektron siyahıyaalma sisteminin nəticələri göstərir ki, ölkə əhalisi 23 faiz azalıb. Buna səbəb isə ölümlərin sayının doğumlardan çox olması, miqrasiya və həmçinin Rusiya tərəfindən ilhaq olunan Krım və ölkənin şərqində Kyivin nəzarət etmədiyi ərazilərdə əhalinin siyahıya alınmasının mümkün olmamasıdır.

"Hazırda Ukrayanada 37,3 milyon insan yaşayır" - deyə, Nazirlər kabinetindən Dmitro Dubilet bildirib.

Dubilet deyib ki, elektron siyahıyaalma mobil telefon operatorları, sosioloqlar, ailələrlə bağlı statistik araşdırmalar, ictimai reyestrlər və pensiya fondu da daxil olmaqla müxtəlif mənbələrdən alınan məlumatlar əsasında hazırlanıb.

Dekabrın 1-nə olan yeni rəqəmlər göstərir ki, ölkə əhalisi ən son rəsmi siyahıyaalmanın aparıldığı 2001-ci ildən bəri 11,2 milyon, yəni 23 faiz azalıb.

1991-ci ildə Sovet İttifaqından yenicə ayrılaraq müstəqillik qazanan Ukraynada 52 milyona yaxın əhali yaşayırdı.

Dmitro Dubilet bildirib ki, son 10 ildə 3,8 milyon ukraynalı ölkəni birdəfəlik tərk edib.

Dünya Bankından əldə olunan ən son məlumatlara görə, 2017-ci ildə Ukraynada hər 1000 nəfərə 9.4 doğum və hər 1000 nəfərə 14.5 ölüm halları qeydə alınıb. Həmçinin məlumatlar göstərir ki, hazırda Ukraynada 20 milyon qadın və 17 milyon kişi var. Əhalinin 20 milyon nəfəri 25-64 yaşları arasında olmaqla əmək qabiliyyətli şəxslərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG