Accessibility links

Putin hədə-qorxu gəlir, ya müharibəyə hazırlaşır?


Bu, qılınc cingiltisi, yoxsa müharibəyə hazırlıqdır?

Rusiyanın Ukrayna ilə sərhədinə hərbi qüvvələrini yerləşdirməsinin əhəmiyyəti ilə bağlı Qərb rəsmiləri və analitikləri arasında fikir ayrılıqları davam edir. Rusiya bu ilin əvvəlində də təxminən 100 min əsgərini sərhəd yaxınlığına yerləşdirmişdi və bunun müvəqqəti və təlimlər üçün olduğunu iddia etmişdi.

Qərb və Ukrayna rəsmilərinin dediyinə görə, həmin qüvvələrin əksəriyyəti qalıb və bu yaxınlarda onlara çox gizli bir şəkildə elit birliklər əlavə edilib. Bu, Kiyev və qərb ölkələrin paytaxtlarında həyəcanın artmasına səbəb olub.

Amerikanın Military Times qəzetinə müsahibəsində Ukraynanın Müdafiə Kəşfiyyat İdarəsinin rəisi, general Kirilo Budanov Kremlin çox ehtimal ki, gələn ilin əvvəli və ya yanvarın sonuna qədər böyük bir hücuma hazırlaşdığından şübhələndiyini deyib.

Budanovun sözlərinə görə, hücum çox güman ki, Ukraynanın şərqinə havadan, artilleriya və tanklardan bombardmanlar, eləcə də Odessa və Mariopol liman şəhərlərinə amfibiya hücumları edilə bilər. Budanov onu da əlavə edib ki, daha kiçik bir hücum Rusiyanın müttəfiqi, qonşu Belarusdan da həyata keçirilə bilər.

Budanovun dediyinə görə, bundan əvvəl Rusiya Ukraynada sabitliyi pozmaq üçün psixoloji müharibə və dezinformasiya kampaniyalarını gücləndirəcək.

“Onlar xalqın hökumətə qarşı olduğunu göstərən etirazlar və toplantılar vasitəsilə iğtişaşlar törətmək istəyir” - deyə, o bildirib.

General əgər hücum baş verərsə, bu, 2014-cü ildə iki ölkə arasındakı münaqişəni kölgədə qoyacağı barədə xəbərdarlıq edib.

Ukrayna kəşfiyyatı hücum olarsa, Rusiya qüvvələrinin şimaldan, şərqdən və cənubdan ölkənin dərinliklərinə doğru irəliləyəcəkləri işğalın necə nəticələnəcəyini bildirən təfərrüatlı xəritə yayıb. Bu, 2014-cü ildə Kremlin Krımı ələ keçirməsindən daha ənənəvi, lakin daha qanlı əməliyyat ola bilər. Budanov hesab edir ki, Kremlin məqsədi Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyasını devirməkdir.

"Onlar ölkə daxilində vəziyyəti getdikcə daha təhlükəli etmək və hökumətin dəyişdirmək vəziyyəti yaratmaq istəyirlər. Əgər bunu edə bilməsələr, o zaman qoşunlar öz işlərini görəcək”, Budanov deyib.

Budanov Rusiya lideri Vladimir Putinin niyyətləri ilə bağlı fikir spektrinin bir hissəsində yer alır. Qüvvələrin yerləşdirilməsi Kiyevi və Qərb güclərini daha geniş geosiyasi şahmat oyununda zəif addım atmağa təhrik etmək niyyətində olan təxribatçı bie addımdırmı?

ABŞ-ın yüksək səviyyəli rəsmiləri NATO müttəfiqlərinə Kreml 2014-cü ildə Krımın ilhaqını təkrarlayaraq, Ukraynanın daha çox hissəsini ələ keçirməyi planlaşdıra biləcəyi barədə xəbərdarlıq edib.

“Moskvanın niyyətləri ilə bağlı aydınlıq yoxdur, lakin biz onun ssenarisini bilirik. Rusiya 2014-cü ildə sərhəd boyu qüvvələrini toplayıb, təxribata məruz qaldığını iddia edərək, suveren Ukrayna ərazisinə daxil olub və bizim narahatlığımız bunun təkrar olunmasına cəhddən ibarətdir”.

Kreml bazar ertəsi bildirib ki, sərhəd boyu qoşunların yığılması ilə bağlı qorxulu xəbərdarlıqlar Ukraynanın yüksək texnologiyalı silahlarla, o cümlədən tank əleyhinə Javelin raketləri ilə təchiz edilməsinə haqq qazandırmaq üçün edilir.

Rusiya və Ukrayna arasında həftələrdir gərginliyin artdığı bir vaxt Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə “Kiyev özü qüvvələrini artırır, Kiyevə qüvvələrini artırmaqda yardım edilir, müasir, yüksək texnologiyalı silahlar da daxil olmaqla, Kiyev əhəmiyyətli sayda silah-sursatla təmin olunur“ deyib.

O, Kiyevin 2014-cü ildə Moskvanın Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra ölkənin şərqindəki Donbas bölgəsini ələ keçirmiş Moskvapərəst separatçı üsyançıları məğlub etməyin yollarını axtardığını irəli sürüb.

Ukrayna, ABŞ və Avropa İttifaqı Rusiyanı Ukrayna torpaqlarını ələ keçirən separatçı qüvvələrə silah və hərbi qüvvə göndərməkdə ittiham edir. Moskva bu iddiaları rədd edir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG