Accessibility links

ABŞ Senatı Ukraynanın Silahlı Qüvvələrinə 300 milyon dollarlıq yardımın daxil olduğu hərbi büdcəni təsdiqləyib


ABŞ Senatı Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədi ilə gələn il üçün 300 milyon dollarlıq müdafiə büdcəsi layihəsini təsdiqləyib. Qəbul edilmiş sənəd təsdiq üçün ABŞ prezidenti Co Baydenə göndərilib.

2022-ci ildə hərbi ehtiyaclar üçün xərclər ABŞ rəsmiləri tərəfindən 770 milyard dollar həcmində qiymətləndirilib. Bu, ötən illə müqayisədə beş faiz çoxdur. Büdcədən 4 milyard dolların Avropa Müdafiə Təşəbbüsünə dəstək, 150 milyon dollar isə Baltikyanı ölkələrin müdafiəsi üçün nəzərdə tutulub.

Gələn ilin hərbi büdcəsində Rusiya-Almaniya arasındakı “Şimal axını-2” qaz kəməri ilə bağlı sanksiyalar nəzərdə tutulmayıb.

Bir qrup Respublikaçı senator dekabrın 15-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və Kyivə təhlükəsizlik yardımının ictimai şəkildə artırılması halında bu sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun layihəsi Ukraynanın silah almasının maliyyələşdirilməsini, təlim və müdafiə sektorunda islahatlar aparılmasını nəzərdə tutur. Bundan əlavə senatorlar daha 450 milyon dollar ayırmağı təklif edir.

2021-ci ildə ABŞ Ukraynaya “təhlükəsizlik məqsədilə” təxminən 450 milyon dollarlıq avadanlıq verib, xüsusilə də oktyabr ayında ABŞ Ukraynaya tank əleyhinə 30 “Javelin” raket kompleksi və 180 raketi ilə təmin edib.

Ukraynanın silahla təmin edilməsi bir neçə il əvvəl başlanılıb. Vaşinqton bu silahların, Pentaqonun təkin etdiyi kimi, münaqişə zonasında yalnız müdafiə məqsədilə istifadə oluna biləcəyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG