Accessibility links

ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi dəyişə bilər


Ukrayna rəsmiləri gələn ilin əvvəlində prezident Petro Poroşenkonun Vaşinqtona səfərinə hazırlılar görür. Məqsəd Rusiya və yeni prezident seçilən Donald Trampın prezidentliyinin Kiyev üçün nə demək olduğuna dair narahatlqılara dəstək əldə etmədir.

Ukraynanın 2014-cü ildə Kremlin dəstəklədiyini prezidentin devrilməsinə yol çan etirazlardan və Rusiyanın Krımı ilhaqından sonra Qərbin iqtisadi dəstəyinə ehtiyacı var.

Trampın kampaniyaları zamanı səsləndirdiyi bəzi-Krımın Rusiya ərazisi kimi tanınması və ABŞ-ın Rusiyaya qarşı sanksiyaların ləğvi kimi şərhləri Kiyevdə Trampın Moskva ilə münasibətlərinin Ukrayna bahasına başa gələcəyinə dair qorxulara səbəb olub.

Kiyev artıq Avropa İttifaqının Rusiyaya qarşı öz sanksiyalarının müddətini uzatmayacağından ehtiyat edir.

Qurumun diplomatları sanksiyaların daha 6 ay müddətinə üzadılması məsələsini dekabr sammitində gündəmə gətirəcəklərini deyir. Lakin yanvar ayında Trampın inaqurasiyasından sonra bu, bir qədər çətin görünür.

Biz yeni administrasiyanın Ukrayna rəhbərliyi ilə yaxından əməkdalıq edəcəyindən, Rusiyanın təcavüzünə qarşı və daxili islahatlara görə yardımını əsirgəməyəcəyindən əminik

​Ukrayna rəsmiləri Trampın dediklərindən asılı olmayaraq, ABŞ-ın Rusiya və Ukrayna ilə bağlı mövqeyinin dəyişməyəcəyinə ümid edir.

"Biz yeni administrasiyanın Ukrayna rəhbərliyi ilə yaxından əməkdalıq edəcəyindən, Rusiyanın təcavüzünə qarşı və daxili islahatlara görə yardımını əsirgəməyəcəyindən əminik" - deyə Ukraynanın baş naziri Volodimir Qroysman bildirib.

Trampın qələbəsi Rusiya parlamentində alqışlarla qarşılanıb. Ruslar bunu sanksiyaların yüngülləşdiriləcəyi və bunun Rusiya iqtisadiyyatına təkan verəcəyini düşünür.

Həmin gün Ukraynanın dollar istiqrazları dəyər itirmişdi.

Kreml sözçüsü Dmitri Peskov Trampın xarici siyasətinin Valdimir Putin siyasətinə olduqca yaxın olduğunu deyir.

Lakin rəsmi Kiyev ABŞ-ın və respublikaçıların nəzarətində olan Konqresin ukraynalıların böyük diasporunun lobbiçiliyi ilə Ukraynaya dəstəyin itirilməyəcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG