Accessibility links

Ukrayna ABŞ-dan əlavə raket sistemləri almaq istəyir


ABŞ-ın yüksək səlahiyyətli rəsmisinin bildirdiyinə görə, Ukrayna ABŞ-a uzunmənzilli Javelin raketinin əldə edilməsi xahişi ilə müraciət edib.

Ukrayna separatistləri ilə 4 illik münaqişə fonunda bu addım Moskvanın qəzəbi ilə qarşılana bilər.

Onlar daha artıq Javelin raketlərini almaq istəyir

ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam Teylor bildirib ki, Ukrayna ABŞ-ın Müdafiə Nazirliyinin xarici hərbi satış çərçivəsində bu raketlərin özünümüdafiə üçün əldə etməsini istəyir. Müraciət artıq 13 min insanın həlak olduğu müharibənin davam etməsinə görə edilib.

“Onlar daha artıq Juvelin raketlərini almaq istəyir”- deyə, Teylor bildirib.

Teylorun sözləri Ukraynanın 210 Javelin raketi və 37 atış qurğusuna malik olan hərbi arsenalını artırmasına dair planının ilk təsdiqi hesab edilir. Bu silahlar Ukraynaya 2018-ci ilin aprel ayında çatdırılıb.

Ukrayna prezidenti Vladimir Zelinski administrasiyası bu sualı cavablandırmaqdan imtina edib. Müdafiə Nazirliyi də hələ ki, məsələyə münasibət bildirməyib.

Teylor ilk dəfə iyulun 7-də Ukraynanın rəsmən ABŞ-a müraciət etdiyini desə də, hansı höv hərbi texnikadan söz getdiyi barədə məlumat verməyib

Zelinski özü də Avropa İttifaqı sammiti zamanı ölkəsinin silah alışına dair Vaşinqtona müraciət etdiyini deyib, lakin silah növlərinin adını açıqlamayıb.

2014-ci ildən bəri ABŞ Ukraynanı ümumi dəyəri 1,5 milyard dollar olan hərbi texnika ilə təmin edib. Bunların 250 milyonu snayper tüfəngləri, tank əleyhinə qumbaraatanlar, artilleriya əleyhinə radarlar və gecə sistemlərinə sərf edilmişdi.

Javelin raketləri Ukraynaya keçən il göndərilib. Bu raketlərdən müharibənin miqyasının böyüdüyü təqdirdə hücum deyil, müdafiə məqsədi ilə istifadə edilə bilər.

Donbas
Donbas

Silah satışına dair müraciət Zelenskinin dəfələrlə Ukrayna-ABŞ alyansındansa, Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi haqda daha çox danışan Trampla görüşə hazırlaşdığı vaxt edilib.

Ötən həftə Zelenski görüşün sentyabr ayında baş tutacağını deyib. Əgər Tramp-Zelenski görüşü zamanı Ukraynanın xahişi qəbul edilsə, bu, ABŞ-ın Rusiyanın təcavüzü altında olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü tanımasına güclü bir siqnal olacaq.

XS
SM
MD
LG