Accessibility links

"Amerika arzusu" - Ukraynalı beş qardaşın uğuru


"Amerika arzusu" - Ukraynalı beş qardaşın uğuru
please wait

No media source currently available

0:00 0:01:52 0:00

20 il bundan əvvəl Ukraynadan 5 qardaş hər kəsə bərabər imkanlar yaradan, necə deyərlər, "Amerika arzusu"na çatmaq istəyi ilə ABŞ-a mühacirət edib.

Bu 20 il ərzində döşəmə yumaq, poçt daşımaq kimi müxtəlif işlərdə çalışan qardaşlar ən böyük arzularına nail olub.

Ukraynalı amerikalıların böyük ailəsi Sakramento şəhərində yaşayır.

Qardaşların hamısının eyni gündə istirahət etməsi nadir hallardandır. Lakin onlar vaxtlarını ailələri ilə birgə keçirir. Bundan başqa onlar birgə işləyir. Qardaşların USKO yükdaşıma şirkəti ABŞ və onun hüdudları xaricində fəaliyyət göstərir.

"Əvvəlcı 3 ya 5 yük maşını aldım. Bununla başladım" , Vlad bildirib.

Vlad ABŞ-a 2001-ci ildə 3 qardaşı-Nikolay, Vitali və Sergeylə bərabər gəlib. Böyük qardaşları Stepan onları Sakramentoda gözləyirdi.

"Stepanın bizi gözləyən dostları və tanışları vardı. Bizi hava limanında onlar qarşıladı" , Nikolay deyib.

Qardaşların ən böyük çətinliyi dili qavramaq olub.

"Biz gecələr restoranda döşəmə yuyur, gündüzləri isə ingilis dili dərslərinə gedirdik. 8 ay ərzində gündə 5-6 saat!" , Nikolay bildirib.

Onlar inşaat sahələrinə poct daşımaqla ilk yük maşınları üçün pul ayıra bilib.

"İlk il 300 min mil maşın sürdük. Bu, həqiqiət çoxdur" - deyə, Sergey əlavə edib.

Çox keçmədən əlavə maşınlar alınır. USKO şirkətinin təməli isə 2011-ci ildə qoyulur.

8 il sonra şirkətdə 150-dən çox adam çalışır.

Ailə şirkətində yalnız böyük qardaş - 60 yaşlı Stepan çalışmır. Lakin birgə işləməsələr də onlar birgə oyunlar oynayır.

"Amerika arzusu"na çatmaq və uğur onların birliyi ilə əldə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG