Accessibility links

Avropa Şurası Ukraynaya maliyyə yardımı etməyə hazır olduğunu bildirib


Avropa Şurası nümayəndəsi bildirir ki, əgər Kiyev ticarət əməkdaşlığı sazişini imzalamağa razılaşarsa, ticarət blokunun 28 üzvü Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır.

Avropa Şurası Genişlənmə kommissarı Stefan Fuele Brüsseldəki çıxışında deyib ki, Avropa Şurasının ticarət yardımı paketinə nağd pul sıxıntısı yaşayan Kiyev hökümətinə Beynəlxalq Valyuta Fondundan alınacaq kredit də daxildir.

Ukraynanın baş nazirinin müavini Serqey Arbuzov Kiyevin yaxın günlərdə Avropa Şurası ilə sazişi imzalayacağını deyib.

Ukrayna prezidenti Viktor Yanukoviç bir neçə həftə əvvəl Rusiya ilə ticarət əlaqələrini möhkəmləndirmək üçün Avropa Şurası ilə əməkdaşlıq sazişini imzalamaqdan imtina etdikdən sonra ölkədə etirazlar baş qaldırıb.

Ukraynanın müxalif Batkivşçina partiyasının lideri Arseni Yatsenyuk baş nazirin müavininin sözünə şübhə ilə yanaşdığını bildirib.

Rusiya Avropa Şurasına rəqib olaraq keçmiş Sovet respublikaları arasında ticarət bloku yaratmaq niyyətindədir. Ancaq Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukraynanı onların yaratdığı bloka daxil olmasına məcbur etmir.
XS
SM
MD
LG