Accessibility links

Ukrayna Babçenko və onun ailəsini mühafizə ilə təmin edəcək


Ukrayna prezidenti Petro Poroşenko
Ukrayna prezidenti Petro Poroşenko

Ukrayna Rusiya xüsusi xidmət orqanları tərəfindən ona qarşı sui-qəsd cəhdi hazırlanan jurnalist Arkadi Babçenko və onun ailəsini mühafizə ilə təmin edəcək. Bunu Ukrayna prezidenti Petro Poroşenko verdiyi açıqlamada bildirib.

Ukrayna rəsmiləri bundan öncə Kremlin kəskin tənqidçisi olan Babçenkonun öldürülməsi məqsədi ilə ona qarşı sui-qəsd cəhdinin qarşısını aldıqlarını bildirib.

Jurnalist Arkadi Babçenko (mərkəzdə), Ukrayna Vasili Qritsak təhlükəsizlik xidmətinin rəhbəri (solda) və Ukraynanın baş prokuroru Yuri Lutsenko (sağda) Kiyevdə mətbuat konfransı zamanı, 30 may, 2018.
Jurnalist Arkadi Babçenko (mərkəzdə), Ukrayna Vasili Qritsak təhlükəsizlik xidmətinin rəhbəri (solda) və Ukraynanın baş prokuroru Yuri Lutsenko (sağda) Kiyevdə mətbuat konfransı zamanı, 30 may, 2018.

Mayın 29-da Arkadi Babçenkonun öldürüldüyü haqda xəbərlər yayılmışdı. Lakin bundan bir gün sonra onun sağ olduğu bildirilib və o, Kiyevdə Ukrayna təhlükəsizlik orqanlarının keçirdiyi mətbuat konfransında iştirak edib.

Moskva Ukraynanın Babçenkodan təbliğat məqsədilə istifadə etdiyini bildirir.

Ukrayna prezidenti Petro Poroşenko Twitter sosial şəbəkəsindəki mesajında bildirib ki, Ukraynanın hüquq-mühafizə orqanları Rusiyanın təcavüzünə müqavimət göstərərək, gün-gündən daha da güclənir.

Prezident Poroşenko Moskvanın sakit qalacağına inanmadığını bildirib. O, Arkadi Babçenko və onun ailəsinin mühafizə ilə təmin edilməsi haqda göstəriş verdiyini deyib.

XS
SM
MD
LG