Accessibility links

BMT-nin İnsan Haqları Şurası bu həftənin sonunda Ukraynadakı böhranı müzakirə edəcək


BMT-nin İnsan Haqları Şurası Rusiyanın Ukraynaya hücumu nəticəsində bu ölkəyə yaranmış böhranla bağlı bu həftənin sonunda təcili müzakirələrin keçirilməsi tələbini böyük səs çoxluğu ilə təsdiqləyib.

Təklif 47 üzvdən ibarət Şurada 29 ölkə tərəfindən müsbət qarşılanıb. Səsvermədə 13 ölkə iştirak etməyib. Beş ölkə - Çin, Kuba, Eritreya, Rusiya və Venesuela təklifin əleyhinə səs verib.

Səsvermə Ukraynanın BMT-nin Cenevrədəki səfiri Yevheniya Filipenkonun qızğın çağırışından sonra baş tutub. O, Şuranı Rusiyanı ölkəsinə qarşı təxribatsız, əsassız hücuma görə məsuliyyətə cəlb etməyə çağırıb.

Filipenkonun sözlərinə görə, çəmi dörd gün ərzində Ukraynada dəhşətə dağıntılar olub. O, 16-sı uşaq olmaqla, 352 nəfər həlak olduğunu, 160-ı uşaq olmaqla 1700 nəfər yaralandığını bildirib. Onun dediyinə görə, Rusiyanın mülki infrastrukturu, yolları və körpüləri bombalaması yüz minlərlə insanı işıqsız və susuz qoyub.

“Rusiya qüvvələri müharibə cinayəti sayıla biləcək hərəkətlər edərək, xüsusi olaraq uşaq bağçalarını, uşaq evlərini, xəstəxanaları və mobil tibbi yardım briqadalarını hədəf alır. Ukrayna isə Rusiyanı məsuliyyətə cəlb etmək üçün Beynəlxalq Ədalət Məhkəməsində bu ölkəyə qarşı iddia qaldırıb” - deyə, Filipenko bildirib.

Rusiyanın BMT-dəki səfiri Gennadi Qatilov Ukraynanı ölkənin cənub-şərqindəki Donetsk və Lukansk vilayətlərində yaşayan insanlara qarşı çoxsaylı vəhşiliklər törətməkdə ittiham edib.

Qatilov “Qarşımızda Kyivin beynəlxalq ictimaiyyətin diqqətini artıq səkkiz ilə yaxındır etdiklərindən, yəni Donetsk və Lukanskda qadınlar, uşaqlar və qocalar olmaqla, tamamilə günahsız insanların məqsədyönlü şəkildə məhv edilməsindən yayındırmaqdan başqa heç bir işimiz yoxdur“ deyib.

2014-cü ildən bəri Donetsk və Luqanskda Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna hökumət qüvvələri arasında gedən döyüşlərdə 14 mindən çox insan həlak olub. Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl iki üsyançı respublikanın müstəqilliyini tanıyıb.

XS
SM
MD
LG