Accessibility links

Beynəlxalq Qırmızı Xaç Təşkilatı Ukraynanın Donbas regionuna yardım göndərib


Beynəlxalq Qırmızı Xaç Təşkilatının cümə axşamı bildirdiyinə görə, altı ildir münaqişə zonasındakı insanlar arasında COVID-19 xəstəliyinə yoluxanlara yardım üçün Ukraynanın şərqinə tibbi ləvazimat da daxil olmaqla, yardımla dolu təyyarə göndərib.

2014-cü ildə Rusiya tərəfindən dəstəklənən separatçıların olduğu Şərqi Ukrayna ilk koronavirus yoluxması barədə məlumatı çərşənbə axşamı verib və Beynəlxalq Qırmızı Xaç Təşkilatı daha bir neçə yoluxma halının olduğunu bildirib.

Ukrayna qüvvələri ilə separatçılar arasında gərginlik yüksək olaraq qalır və dekabrda sülh danışıqlarına baxmayaraq, fevral ayında döyüşlər şiddətlənib.

Beynəlxalq Qırmızı Xaç Təşkilatı 14 tonluq yardımın Donbas bölgədəki xəstəxanalara və təcridxanalara paylanacağını, cəbhənin hər iki tərəfinə göndəriləcəyini bildirib. Təşkilat səhiyyə sisteminin vəziyyəti nəzərə alınarsa, bölgədə fəlakət baş verə biləcəyini deyib.

"Bu materiallar 6 ildir davam edən qarşıdurmadan əziyyət çəkən və indi COVID-19-la mübarizə aparan insanlara Donbasda coronavirusun yayılmasını azaltmağa yardım edəcək" deyə, təşkilat bildirib.

Ukrayna tərəfindən Cenevrəyə təyyarə çərşənbə axşamı Beynəlxalq Qırmızı Xaç Təşkilatının sözçüsü Didye Revol Ukrayna prezidenti Volodimir Zelenski ilə təşkilatın prezidenti Piter Maurer arasında razılaşma əldə edildiyini bildirməsindən sonra göndərilib.

XS
SM
MD
LG