Accessibility links

Separatçı polkovnik: "Ukrayna ərazilərini azad edəcəyik" [Video]


Separatçı polkovnik: "Ukrayna ərazilərini azad edəcəyik"
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Separatçı polkovnik: "Ukrayna ərazilərini azad edəcəyik"

Döyüşlər Donestkdə ehityac duyulan humanitar yardımın da qarşısını alıb.

Ukraynada insanlar atəşkəsin tez-tez pozulmasının hökümət qüvvələri ilə Rusiyanın dəstəklədiyi üsyançlıar arasında müharibəyə gətirib çıxaracağından narahatdırlar. Beynəlxaq müşahidəçilər hər iki tərəfdə ordunun hazırlıqlar gördüyünü müşahidə ediblər. Üsyançıların komandiri isə Amerikanın Səsinə bildirib ki, onlar nə yolla olursa olsun daha çox ərazi ələ keçirəcək. Döyüşlər Donestkdə ehityac duyulan humanitar yardımın da qarşısını alıb.

Əsas səbəb maddi yardım çatışmazlığıdır. Məsələn, ehtiyacı olan vətəndaşların pensiya və sosial ödənişlərinə pul çatmır
Olga Tseselskaya

Avropada Təhülkəszilik və Əməkdaşlıq Təşkilatı hər iki tərəfin tanklar yerləşdirdiyi və fevral ayında əldə olunmuş razılığı pozaraq əraziyə silah gətirdiyini deyir.

Rusiyanın dətəsklədiyi üsyançılar Ukrayna qüvvələrinin təcavüzkar olduğunu və daha çox hücum planlaşdırdığı iddia edir. Kiyev də eyni ittihamları üsyançılara yönəldir.

Oplot beşinci səyyar piyada artilleriya briqadasının üsyançı polkovniki Aleksandr Kurinkov silahlanma ilə bağlı ittihamları rədd edir.

“Onlar bunun Donetsk ətrafında baş verdiyini düşünürlərsə, gedib özləri görsünlər. Silah tapa bilsələr, tapsınlar. Amma orada silah yoxdur.”

Polkovnik Kremlin bəyanatını da təkrar edərək , Rusiya əsgərləri və silahlarının orada olmadığını və ərazidə sadəcə könüllülərin olduqlarını bildirib. Amma faktlar bunun əksini sübut edir.

Buna baxmayaraq, Kurinkov istər danışıqlar, istərsə də hərbi yolla daha çox ərazi ələ keçirmək planlarını etiraf edir.

“Biz öz yeni ölkəsi, ailələri və kökləri uğrunda mübarizə aparan döyüşçülərin hələ də “işğal olunmuş torpaqlarda” olduğu halda bu sərhəddə necə dayana bilərik.”

Ukrayna qüvvələri bildirir ki, onlar Marinka şəhəri yaxınlığında planlaşdırılmış üsyançı hücumunun qarşısını alıblar. Üsyançılar isə döyüşü Kiyevin təhrik etdiyini deyirlər.

Döyüşlər Ukraynanın nəzarət etdiyi ərazilərdə hazırlanan humanitar yardımın çatdırılmasını ləngidir, deyə “Pomojem” yardım qrupunun koordinatoru Olga Tseselskaya bildirir.

Yardım Şaxtyor Donetsk futbol komandasının vətəni olan Donbas Arenasında paylanılır.

“Əsas səbəb maddi yardım çatışmazlığıdır. Məsələn, ehtiyacı olan vətəndaşların pensiya və sosial ödənişlərinə pul çatmır. İkinci səbəb isə yüksək qiymətlər, eləcə də dərman və ərzaq çatışmazlığıdır.”

İndi vəziyyət o qədər qeyri-sabitdir ki, heç kəs bunun nə qədər davam edəcəyini və ya bu cür humanitar yardıma nə zamana kimi ehtiyac olacağını deyə bilməz

Futbol komandası ötən il təhlükəsizlik səbəbi ilə Kiyevə köçüb, stadion isə atəşlərə tuş gəlib.

Tseselskaya deyir ki, könüllülər bacardıqları qədər yerlilərə kömək etməyə davam edəcək.

“İndi vəziyyət o qədər qeyri-sabitdir ki, heç kəs bunun nə qədər davam edəcəyini və ya bu cür humanitar yardıma nə zamana kimi ehtiyac olacağını deyə bilməz."

Döyüşlər çoxalsa, yardımın çatdırılması bir o qədər ləngiyəcək.

XS
SM
MD
LG