Accessibility links

Ukraynada 13 əsgər həlak olub


Ukrayna rəsmilərinin bildirdiyinə görə, ölkənin şərq bölgəsində gedən döyüşlər nəticəsində 13 əsgər həlak olub. Ukraynanın Müdafiə Nazirliyinin sözçüsü daha 20 əsgərin yaralandığını bildirib.

Rusiyapərəst separatistlərin verdiyi itki barədə məlumat əldə edilməyib.

Fransanın xəbər agentliyi 7 mülki vətəndaşın döyüşlərin qurbanı olduğunu xəbər verir.

Məlumat Ukrayna rəsmiləri ilə separatistlər arasında keçirilən danışıqlardan bir gün sonra yayılıb.

ATƏT nümayəndəsi Heidi Taqliviani, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov və Ukraynanın sabiq prezidenti Leonid Kuçma ilə danışıqlar bir neçə saat davam etdikdən sonra dayandırılıb.

Müzakirələr təcili atəşkəs əldə edilməsi və cəbhə xəttindən ağır silahların çıxarılması və sentyabr ayında əldə edilən atəşkəsin şərtlərinə əməl edilməsi məqsədi daşıyırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG