Accessibility links

Ukrayna fəalları dənizçilərin azad edilməsini tələb edir


Ukrayna fəalları Rusiyanın Kerç boğazında Ukrayna gəmilərini ələ keçirdiyi zaman həbs etdiyi hərbi qüvvələrinin dənizçilərinin azad edilməsini tələb edir.

Fəallar əllərində keçən ay Rusiya tərəfindən həbs edilən dənizçilər və digər ukraynalıların şəkilləri və adları olan lövhələrlə bazar ertəsi Kiyevin mərkəzində toplaşıb.

“Onlar hərbi əsirlərdir və Ceneva Konvensiyası tərəfindən müdafiə olunurlar. Lakin Rusiya Federasiyası beynəlxalq qanuna məhəl qoymur və biz avropalı dostlarımızdan, Avropa Birliyi və NATO ölkələrindən, eləcə də bizim Ukrayna vətəndaşlarından onları yaddan çıxarmamalarını tələb edirik” deyə, Ukrayna parlamentinin üzvü Mariya İonova bildirib.

Rusiya noyabrın 25-də Qara dənizlə Azov dənizini birləşdirən Kerç boğazında Ukraynanın üç hərbi gəmisinin onun ərazisindəki sulara girdiyini bildirərək, atəş açıb və gəmilərdəki heyəti həbs edib.

Rusiya məhkəməsinın qərarına əsasən, gəmi heyəti həbsdə 2019-cu il yanvarın 25-dək saxlanacaq.

Moskva Ukrayna gəmiləri və dənizçilərin azad edilməsi ilə bağlı beynəlxalq çağırışlara müqavimət göstərir.

XS
SM
MD
LG