Accessibility links

“Ukrayna gözəli”nin titulu əlindən alınıb


“Ukrayna gözəli” Milli gözəllik müsabiqəsinin təşkilat komitəsi Veronika Didusenkonu diskvalifikasiya edərək, onu rəsmi olaraq “Ukrayna gözəli - 2018” titulundan məhrum edib.

Müsabiqə sentyabrın 21-də keçirilib və onun qalibi 23 yaşlı Kiyev sakini Veronika Didusenko olub. Didusenkonun sözlərinə görə o, Taras Şevçenko adına Kiyev Universitetində riyaziyyat ixtisası üzrə təhsil alib, indi isə maliyyə və investisiya üzrə təhsil alır. O, Paris və Madriddə keçirilən moda nümayişlərində iştirak edib.

Müsabiqənin təşkilatçılarının bildirdiyinə görə, Didusenko yarışmadan öncə özü haqda yanlış məlumat verərək, evli və uşağı olmadığını bildirib. “Ukrayna gözəli” və “Dünya gözəli” müsabiqələrinin şərtlərinə görə iştrakçıların yarışmadan öncə və titulu qazandıqdan sonra bir il ərzində bunu etmək ixtiyarı yoxdur.

Didusenko Ukraynanı dekabrın 6-da Çinin Xaynan adasında keçiriləcək “Dünya Gözəli” yarışmasında təmsil etməli idi. Lakin indi ora yeni gözəl gedəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG