Accessibility links

Ukrayna ilə Honq Konq arasında viza rejimi ləğv olunub


Honq Konqun icra başçısı Donald Tsanq və Ukrayna prezidenti Viktor Yanukoviç imzalanma mərasimində iştirak ediblər

Honq Konq və Ukrayna viza rejiminin aradan qaldırılması və gömrük əməkdaşlığı barədə razılıq imzalayıb. Honq Konqun icra başçısı Donald Tsanq və Ukrayna prezidenti Viktor Yanukoviç imzalanma mərasimində iştirak ediblər. Prezident Yanukoviç Honq Konqa bu gün Pekindən gedib. Pekində o, həmkarı Hu Cintao və digər ali rəsmilərlə ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparıb. Çinə səfəri zamanı tərəflər arasında ikitərəfli ticarət və investisiyalar barədə saziş imzalanıb.

XS
SM
MD
LG