Accessibility links

Ukraynanın İlovaysk şəhərinin nəzarəti ələ keçirilib


Ukraynanın milli təhlükəsizlik xidmətinin sözçüsü bildirib ki, qızğın döyüşlərdən sonra şərqi İlovaysk şəhərinin nəzarəti ələ keçirilib.

Andriy Lısenko müxbirlərə deyib ki, şəhərin terrorçulardan təmizləndiyi barədə məlumat verə bilməz, lakin Ukrayna qüvvələri şəhəri tamamilə ələ keçirib. O, bölgədə terrorçuların hələ də əks-hücuma keçdiyini təsdiq edib.

Andriy Lısenko Donets şəhərinin mühasirəyə alındığını və Luqansk uğrunda döyüşlərin davam etdirildiyini bildirib.

Luqask şəhərində Ukraynanın SU-25 qırıcı təyyarəsi vurulub salınıb. Pilotun taleyi və təyyarənin kim tərəfindən vurulduğu bəlli deyil.

Yerli rəsmilər son iki gün ərzində 34 mülki vətəndaşın və 9 əsgərin həlak olduğunu deyib.

Bu arada, Avropa İttifaqı, Ukrayna və Rusiya liderlərinin avqustun 26-da Belarusun paytaxtı Minskdə görüşü planlaşdırılır.

Müzakirələr zamanı Ukrayna münaqişəsi və enerji təhlükəsizliyi gündəmə gətiriləcək. Bu haqda açıqlamanı Ukrayna prezidenti Petro Poroşenko verib. Görüşdə Gömrük İttifaqına üzv olan Qazaxıstan və Belarusun liderləri də iştirak etməlidir.

Kreml Rusiya prezidenti Vladimir Putinin də müzakirələrə qatıla biləcəyini bildirib. Avropa İttifaqının nümayəndə heyətinə qurumun xarici əlaqələr şöbəsinin rəhbəri Ketrin Eşton sədrlik edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG