Accessibility links

Ukrayna kütləvi kiber hücuma görə Rusiyanı günahlandırıb


Ukrayna keçən həftədən ölkədə başlayan, sonra isə dünyanın digər ölkələrindəki kompüterlərə yayılan kütləvi kiber hücumların təşkilində Rusiya təhlükəsizlik xidmətlərini günahlandırır.

Ukraynanın təhlükəsizlik idarəsinin şənbə günü yaydığı bəyanatda bildirilir ki, son hücumlar Rusiyanın təhlükəsizlik xidmətlərinin Ukrayna sənayesini hədəfləyən keçmiş haker hücumlarına bənzəyir:

“Əlimizdə olan məlumatlar, o cümlədən beynəlxalq antivirus şirkətlərindən əldə edilən məlumatlar, bizə imkan verir ki, son kiber hücumların 2016-cı ilin dekabr ayında ölkənin maliyyə sistemi, nəqliyyat və enerji sahələrini hədəfləyən kiber hücumları təşkil edən eyni qrup tərəfindən edildiyini deyə bilək.”

Rusiya dünyanın 60 ölkəsində böyük şirkətlərin və dövlət idarələrinin əməliyyatlarında problemlər yaradan son kiber hücumlarla bağlı hər hansı əlaqəyə sahib olmadığını bildirib.

Son kiber hücumları araşdıran təhlilçilər bildirirlər ki, hücumları təşkil edən hakerlərin məqsədləri çoxlu suallar doğurur. Belə ki, digər kiber hücumlardan fərqli olaraq, son hücumlar zamanı istifadə edilən virus məlumatların toplanılması üçün deyil, məlumatların dağıdılması üçün yaradılıb.

XS
SM
MD
LG