Accessibility links

Ukrayna qüvvələri və Rusiyanın dəstəklədiyi üsyançılar Zolote şəhərindən geri çəkilməyə başlayıb


Ukrayna ordusunun bildirdiyinə görə, hökumət qüvvələri və Rusiyanın dəstəklədiyi üsyançı döyüşçülər çərşənbə axşamı yerli vaxtla saat 12-dən başlayaraq Ukraynanın şərqindəki Luqansk bölgəsində yerləşən Zolote şəhərindən geri çəkilir.

Ukrayna qüvvələrinin Donbass bölgəsində üsyançılarla döyüşləri 13 mindən çox insanın ölümünə səbəb olub. Hər iki tərəf qoşunların geri çəkilməsinə razılıq versə də, atəşkəs rejiminin pozulması ilə bu razılıq dəfələrlə pozulub.

`Qoşunların geri çəkilməsi son bir həftə ərzində atəşkəs rejiminə riayət edilməi nəticəsində mümkün oldu" deyə, Ukraynanın Birgə Əməliyyatlar Qüvvələrinin Facebook səhifəsində bildirilib.

Rusiyanın dövlət RİA xəbər agentliyi üsyançıların qoşunlarını təmas xəttindən də çəkdiyini bildirib.

Ukraynanın xarici işlər naziri Vadim Pristaiko Azov dənizində Mariupol liman şəhərində jurnalistlərə deyib ki, Kiev eyni bölgədəki Petrovsk şəhərində olan qoşunları da geri çəkməyə hazırdır.

Münaqişənin sona çatdırılması vədi ilə seçilən Ukrayna prezidenti Volodimir Zelenski hərbi qüvvələrin geri çəkilməsini Ştaynmeyer Formulu adlanan plana əsasən oktyabr ayının əvvəlində qəbul edib.

XS
SM
MD
LG