Accessibility links

Ukrayna kilsəsinin müstəqilliyi münaqişələri dərinləşdirə bilər


Ukrayna kilsəsinin müstəqilliyi münaqişələri dərinləşdirə bilər
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Rusiyanın Praroslav kilsəsindən ayrıldıqdan sonra Ukrayna Pravoslav Kilsəsinə yeni rəhbər təyin edilib. Ukrayna prezidenti Petro Poroşenko bunu Rusiyanın növbəti aqressiyalarından müdafiə yolunda mühüm addım kimi qiymətləndirib. Rusiyanın Pravoslav kilsəsi Ukraynanın qərarını qeyri-kanonik adlandırıb.

Ukrayna Pravoslav kilsəsinin yeni rəhbəri Ukrayna prezidenti ilə səfər etdiyi Dnipro şəhərində mərasim təşkil edib. Müstəqil Ukrayna Pravoslav kilsəsinə Kiyev patriarxallığının mitropoliti Epifaniy rəhbərlik edir.

Poroşenko yeni milli kilsəsinin təsisini alqışlayaraq, bunu Ukrayna xalqının birliyi üçün həyati əhəmiyyətk kəsb etdiyini bildirib.

"Kilsə ittifaqı ölkə ittifaqı deməkdir. Birlik ölkənin qüdrəti deməkdir. Biz beşinci kolon təcavazkar bir ölkənin vətənimizdə sabitsizlik yaratmasına yol verməyəcəyik."

Ukrayna kilsəsi 300 ildən artıq Rusiyanın Pravoslav Kilsəsinin yurisdiksiyası altına olub. Moskvanın Krımı ilhaqından və Ukraynanın şərqindəki proseslərə müdaxiləsi ilə Ukrayna Rusiya kilsəsinin Kremlin aləti kimi Ukraynada təbliğat aparmasının qarşısını almaq qərarına gəlib. Rusiya bunu inkar edir.

Bu yaxınlarda Konstantinopol Ortodoks Kilsəsi Ukraynanın Pravoslav Kilsəsini Moskva Patriarxatından çıxarmaq qərarı verib.

"Bizim harasa göndərəcəyimiz nə ordu, nə də qüvvəmiz var. Ukrayna rəsmilərini düzgün hərəkət etmələri üçün heç bir alətimiz yoxdur. Lakin kilsənin yüksək səslə həqiqətləri söyləmək hüququ var. Ukrayna xalqının konstitusional hüquqlarının pozulması, dindarlar və gələn il Poroşenko əleyhinə səs verənlərə qarşı təzyiqlər haqda həqiqətləri"- deyə, Rusiya patriarxı Kirilin sözçüsü Aleksandr ata bildirib.

Rusiyanın Pravoslav kilsəsi dünyada pravoslavları təmsil edən ən qüdrətli kilsədir. Ukraynanın bəzi pravoslav kilsələri hələ də Rusiya kilsəsinə tabe olduqlarını deyərək, Ukraynanın yeni kilsəsinə qoşulmaqdan imtina edir.

"Bu bir dəstə bandit yığıncağıdır ki, kilsəni məhv edib, məbədləri ələ keçirməyə çalışır" - deyə, kafedral kilsnin nümayəndəsi Anatoli bildirib.

Ukrayna rəsmiləri yeni müstəqil kilsə təsisini ölkənin təhlükəsizliyi üçün mühüm addım hesab etsələr də, bunun Ukrayna daxilindəki kilsələr arasında qarşıdurmalara yol aça biləcəyinə dair narahatlıqlar mövcuddur. Bu isə öz növbəsində Moskavanın ölkənin daxili işlərinə daha artıq müdaxilə etməsi ilə nəticələnə bilər.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG