Baş nazir Denis Şmıqal televiziya ilə nümayiş etdirilən yığıncaqda Ukrayna hökumətinin çərşənbə günü koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkə boyu 30 gün müddətinə fövqəladə vəziyyət elan etdiyini bildirib.
Bundan əvvəl ölkənin bəzi bölgələrində və paytaxt Kiyevdə fövqəladə vəziyyət elan edilmişdi.
Martın 25-nə olan məlumata görə, Ukraynada koronavirusdan 4 ölüm, 113 yoluxma halı təsdiqlənib. Hamısı qoruyucu maskada olan nazirlər karantin tədbirlərinin daha bir ay, aprelin 24-nə qədər uzatmağa qərar verib.
Baş nazir Denis Şmıqal koronavirusla mübarizədən əlavə ölkənin üzləşə biləcəyi iqtsadi böhran məsələsinin də gündəmdə saxlanmasının vacibliyini vurğulayıb.
Ukrayna 2014-cü il Rusiyanın Krımı ilhaq etməsindən sonra Beynəlxalq Valyuta Fondunun dəstəyinə malik olan ən yoxsul Avropa ölkəsidir. Moskvanın dəstəklədiyi iğtişaşlar nətcəsində Ukraynada 13 min insan həyatını itirib.
Koranavirus təlatümü ölkə valyutasını dəyərdən salıb. İyun ayından bəri ilk dəfə 1 qrivna 27 dollar təşkil edib.
Avropa ölkələrinə səyahətlərə qoyulan məhdudiyyətlər də Ukraynaya dollar axınının qarşısını alıb. Ukraynanın əsas bankları onlayn transaksiyalarını müvəqqəti dayandırıb.