Accessibility links

Ukrayna COVID-19-un yeni dalğası fonunda fövqəladə vəziyyət rejimini uzadıb


Rəsmilər Ukrayna hökumətinin koronavirusa yoluxma hallarının artması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini ilin sonuna qədər uzatdığını bildirib.

Hökumət "sarı" epidemiya səviyyəsini - ictimai yerlərdə və ya kütləvi tədbirlərdə insanların sayına məhdudiyyət qoyulması, məcburi maska taxılması və sosial məsafənin qorunması kimi tədbirlərin sentyabrın 22-dən etibarən qüvvəyə minəcərini bildirib.

"Sarı" epidemiya məhdudiyyətləri tədbirlərə toplaşanların hamısının və ya azı 80 faizinin peyvəndin bir və ya iki dozası vurulmuş, 72 saatdan çox olmamaq şərti ilə PCR və ya sürətli anti-cisim testindən keçmiş insanlara aid deyil.

Qərar keçən həftə yeni COVID-19-a yoluxma hallarının təsdiqlənmiş sayının 68 faiz, xəstəxanalara yerləşdirilmə hallarının isə 51 faiz artmasından sonra qəbul edilib.

Səhiyyə naziri Viktor Lyaşko "Doğrudur, yeni COVID-19-a yoluxma hallarının sayının artmasının şahidi olduq, lakin peyvənd sayəsində təhlükəsizliyə də sahibik" deyib.

"Səhiyyə sistem yeni infeksiya dalğasına cavab verməyə hazırdır, lakin həyatınızı və sağlamlığınızı xilas etməyin ən yaxşı yolu ilk fürsətdə peyvənd edilməsidir" - deyə, o əlavə edib.

Pandemiya başlayandan bəri Ukraynada COVID-19-a 2.35 milyon yoluxma, 54.919 ölüm halı qeydə alınıb. Ölkənin 41 milyon əhalisindən 5.2 milyonuna peyvəndin iki dozası vurulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG