Accessibility links

Kyivdə Krım Platforması sammiti işinə başlayıb


Kyivdə Krım Platforması sammiti
Kyivdə Krım Platforması sammiti

Ukrayna prezidenti Volodimir Zelenski Krım ərazisinin dünyanın əksər ölkələri tərəfindən qanunsuz hesab edilən ilhaqı bağlı Rusiyaya təzyiqi artırmaq üçün bazar ertəsi Kyivdə Krım Platforması zirvə toplantısını açıb.

İki gün davam edəcək sammitdə 46 ölkə və blokunun rəsmiləri, eləcə də NATO-ya üzv olan 30 ölkənin hər birinin nümayəndəsi iştirak edir. ABŞ-ın nümayəndə heyətinə Energetika naziri Cennifer M. Qranholm başçılıq edir.

Rusiya yarımadanı 2014-cü ildə, Ukraynadakı inqilabdan sonra keçmiş prezident və Rusiyanın müttəfiqi Viktor Yanukoviçin hökumətinin devrildiyi ildə ilhaq edib və bu, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

Konfrans Krım yarımadasının Ukrayna hökumətinin nəzarətinə qaytarılması yollarını müzakirə etmək məqsədi ilə keçirilir.

Konfransın əvvəlində çıxış edən Zelenski Krımın "insanların əsas hüquq və azadlıqlarının mütəmadi olaraq pozulduğu bir əraziyə" çevrildiyini deyib.

O, bir vaxtlar ukraynalıların məşhur istirahət zonası olan bu bölgənin "indi Rusiya Federasiyasının Qara dəniz bölgəsindəki hərbi bazası və yaşayış yerinə" çevrildiyini bildirib .

Ukrayna prezidenti deyib ki, Krımın ilhaqı beynəlxalq ictimaiyyətin təhlükəsizliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını qorumaq qabiliyyətini də şübhə altına alır.

"Etibar bərpa olunmazsa, heç bir ölkə ərazisinin işğal olunmayacağına əmin ola bilməz" - deyə, Zelenski bildirib.

Kremlin sözçüsü Dmitri Peskov sammiti "anti-Rusiya tədbiri" adlandırıb. Moskva Kremlin Kyivdə qanunsuz adlandırdığı çevrilişdən sonra krımlıların böyük əksəriyyətinin 2014-cü ildə keçirilən referendumda Rusiyanın tərkibinə daxil olmaq üçün səs verdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG