Accessibility links

Krım kimə məxsusdur? [Video]


Krım kimə məxsusdur?
please wait

No media source currently available

0:00 0:02:37 0:00
Rusiyanın Krımı ilhaqı ruslarla ukraynalılar arasıda mübahisə və ziddiyyətlərə yola açıb. Rusiya qüvvələrinin Krımda tam nəzarəti ələ keçirib. Krımlılar martın 16-da referendum təşkil edib. Rusiyaya arxalanan yerli hökumət deyir ki, referendumda böyük əksəriyyət Ukraynadan ayrılıb, Rusiyaya qoşulmağa səs verib.

Krımlıların əksəriyyəti rus əsillidir. Onlara rus mədəniyyəti və tarixi miras qalıb. Bəziləri isə hətta Sovet İttifaqı üçün darıxır.
Xaricdəki rusların çoxu bunu başa düşür. Onlardan biri Londonda rusdilli həftəlik qəzet abunəçisi Olqadır. “Bir rus kimi şərəf duyuram. Mən də Rusiya ilə birləşməyə səs verərdim.”

Olqa bunu 9 il Britaniyada yaşadıqdan sonra deyir. “Biz həmişə Krımın Rusiyaya məxsus olduğunu düşünmüşük. Bu mənim üçün təbii bir addım idi.”

Bu baxış xaricdəki ruslar arasında geniş yayılmayıb.Andrey Sidelnikov prezident Putunin opponentidir. O, Britaniyada siyasi sığınacaq alıb. “Mən belə adamları başa düşürəm. Belə insanlar gələcəyi düşünmür. Onları daha sonra nə baş verəcəyi maraqlandırmır.”

Sidelnikovun fikrincə, Krım Rusiyanın hakimiyyəti altnda siyasi azadlığını itirməklə yanaşı, iqtisadiyyatını zəiflədəcək.

Fedir Kurlak ukraynalı mühacirlərin övladıdır “Krın Ukraynaya məxsusdur. Biz Krımı vermək istəmirik. Krım Ukraynaya qaytarılmalıdır.”
Londonda ukraynalılar Krımın Rusiya ilə birləşməsinə etiraz olaraq kütləvi aksiyalar təşkil edir. Kurlakın dediyinə görə, etirazlar illərlə davam edə bilər.
“Biz bunu qəbul etməyəcəyik. Eyni ilə biz Ukraynanın Sovet İttifaqına məxsus olduğunu qəbul etmirdik.”

Fərq krımlıların əksəriyyətinin azadlığa qovuşmaq istəməməsindədir. Azı indi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG