Accessibility links

Ukrayna lideri Avropa İttifaqının Rusiyanı “G-7”-ə qaytarmaq təklifini rədd etməsini alqışlayır


Ukrayna prezidenti Rusiyanın yeddi qabaqcıl iqtisadiyyat qrupuna qəbul edilməsinə qarşı çıxan Avropanın aparıcı güclərini dəstəkləyərək Moskvanın hələ də Krımı işğal altında saxladığını və Ukraynanın şərqində sülhü əngəllədiyini deyib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp çərşənbə axşamı bunun məqsədəuyğun olduğunu və Rusiyanın əvvəllər olduğu kimi “G-8" qrupuna geri qayıtmasını istədiyini deyib. Fransa bu həftəsonu “G-7” sammitinə ev sahibliyi edəcək.

Ukrayna Krımının işğalı davam edir, Donbas müharibədən əziyyət çəkir.
Volodımir Zelenski, Ukrayna Prezidenti

Lakin Almaniya, Fransa, Britaniya – “G-7”nın bütün üzvləri qısa bir zamanda Trampın bu fikrinə etiraz bildirib və Rusiyanın Ukraynanın Krımı ilhaq etdikdən sonra xaric edildiyini, Ukraynanın şərqindəki Donbas bölgəsində Kyiv əleyhinə üsyanı dəstəkləndiyini deyib.

"2014-cü ilin mart ayından, Rusiyanın “G-8” üzvlüyündən kənarlaşdırılmasından bəri heç nə dəyişməyib. Ukrayna Krımının işğalı davam edir, Donbas müharibədən əziyyət çəkir," Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Putin Rusiyası Ukraynanın şərqində separatistləri aktiv şəkildə dəstəkləyir.
Putin Rusiyası Ukraynanın şərqində separatistləri aktiv şəkildə dəstəkləyir.

Avropa İttifaqının rəsmisi bununla bağlı deyib ki, heç bir şərt qoyulmadan Rusiya prezidenti Vladimir Putinin qrupa geri gətirilməsini “faydasız və zəiflik əlaməti" kimi dəyərləndirib.

“Avropa İttifaqı Rusiyanın 2014-cü ildə “G-8”dən çıxarılmasının səbəblərinin beş il əvvəl olduğu kimi bu gün də qüvvədə qaldığına dair fikirdə qalır. Beləliklə, Aİ Rusiyanı “G-7”yə qaytarmaq planına qarşı olacaq," deyə o bildirib.

“G-7” liderləri bu həftəsonu illik toplantı keçirmək üçün Fransanın Atlantik dənizi sahilindəki Biarritz şəhərinə yola düşdüyü zaman Donald Trump deyib ki, Rusiya prezidenti Vladimir Putinin yenidən qrupa daxil olmasına lüzum var.

“Onlar Putini qrupdan Krımla və başqa məsələlərlə bağlı daha ağıllı tərpəndiyinə görə kənarlaşdırdılar. O, Obamadan tamamilə ağıllı tərpəndi. Obama çox hirsli idi. Onu kənarlaşdırdılar. Mənim fikrimcə Rusiya qrupa geri dönməlidir, çünki biz dünyada sülh və başqa şeylər axtarırıq, ticarət istəyirik. Rusiyanın da həmişə olduğu yerdə olması məsələni xeyli asanlaşdırardı,” Donald Tramp bildirib.

XS
SM
MD
LG