Accessibility links

Ukraynada 19 hərbi qulluqçu həlak olub


Ukraynanın Müdafiə Nazirliyi separatistlərin Luqansk regionunun Zelenopillya kəndinə raket hücumu nəticəsində hökumətin 19 hərbi qulluqçusunun həlak olduğunu bildirir.

Ukraynanın daxili işlər naziri Arseni Avakovun müşaviri Zoryan Şkıryak müxbirlərə bildirib ki, Qrad raketlərinin hücumu nəticəsində 93 adam yaralanıb.

Ukrayna prezidenti Petro Poroşenko hücumun məsuliyyətini daşıyanların ələ keçirilib, məhv ediləcəyini, onların yüzlərlə itki verəcəyini deyib.

İyun ayının sonunda başa çatan atəşkəsdən 10 gün sonra hökumət qüvvələri ilə separatistlər arasında döyüşlər səngimək bilmir.

Ötən həftə Ukrayna qüvvələri Slavyansk da daxil edilməklə, bir neçə şəhərin nəzarətini geri alıb. Dünən isə Luqanskın sərhəd Siversk məntəqəsi geri qaytarılıb.

Hazırda separatistlər Donetsk şəhərində məskunlaşıb.

Bu arada, Amnesty International Ukraynanın şərqində zorakılıqlar və ingəncələrə əl atıldığını və bunlara görə rusiyapərəst separatistlərin məsuliyyət daşıdığını bildirib.

Təşkilat hökumət qüvvələrinin də təzyiqlərə əl atdığına dair az da olsa dəlillər əldə edildiyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG