Accessibility links

Ukrayna müttəfiqlərini Qara dənizdə hərbi mövcudluğa çağırıb


Ukrayna prezidenti Almaniya və digər müttəfiqlərini Rusiyanın regionda əlavə təcavüzkarlığına yol verilməməsi üçün Qara dənizdə hərbi mövcudluğa çağırıb.

Petro Poroşenko deyib ki, " biz Rusiyanın təcavüzkar davranışına güclü, birgə və birmənalı reaksiya verilməsini istəyirik."

Ukraynanın dövlət başçısı bunları Almaniyanın Funke Media Group-a müsahibəsi zamanı deyib.

Prezident Petro Poroşenko Rusiyanın sərhədlərə çoxsaylı qüvvə yerləşdirdiyini bildirib. O, Rusiyanın keçən həftə gəmiləri ilə qarşıdurmadan sonra o ölkənin Ukraynanın daha artıq ərazilərini ələ keçirəcəyi barədə xəbərdarlıq edib.

Krımı ilhaq edən Rusiya Ukraynanın 3 hərbi gəmisini Qara dənizdə saxlayaraq Kerç limanına aparıb.

Poroşenkonun sözlərinə görə, Qara, Azov və Egey dənizləri hövzəsində 80-dən çox Rusiya gəmisi və 8 sualtı qayıq var.

Rusiya gəmilərin onun ərazisinə daxil olduğunu və dayanmaq əmrinə tabe olmadıqlarını iddia edir.

Ukrayna isə deyir ki, ikitərəfli razılaşmaya görə tərəflər Qara və Ozov dənizindən birgə istifadə edə bilərlər.

XS
SM
MD
LG