Accessibility links

Ukrayna məktəblərində bullinqlə mübarizə


Ukraynada məktəblərdə bulinqə görə məsuliyyətə cəlb olunmalar başlanıb. Ölkənin İnzibati Məcəlləsini dəyişdirən müvafiq qanun iki ay öncə qüvvəyə minib.

Üçüncü sinif şagirdi Yevanın anası birinci sinifdən qızının ukrayna dili və ədəbiyyatı müəlliməsinə qarşı şıkayətlərini dinləyib. Qimnaziyadan evə gələndən sonra qız onun sinif yoldaşlarını ev tapşırığını düzgün yerinə yetirmədiyi üçün “tərbiyə metodu” kimi döyə, şalvarını soyundurub sinif qarşısında qülünc mənbəyinə cevirdiyini söyləyirdi.

“Bu məsələ mənim qızıma aid olmayana qədər əlbəttə ki, qəzəblənirdim, lakin heç bir addım atmırdım. Lakin üçüncü sinifdə müəllimə mənim qızımın arxası ilə tualetə getməyə və orada onu izləməyə başladı. Qızım ağlayırdı və utanırdı, müəllimə isə bütün sinif qarşısında onu yalançı adlandırıb, onun tualetə deyil, gəzməyə getdiyini deyirdi” , Yevanın anası Qalina Marxayuk deyir.

Qalina müəllimənin hərəkətlərini təqib kimi qiymətləndirib və məktəb müdiri ilə danışdığın müvəffəqiyyətsiz olduğunu görüb, polis və məhkəməyə müraciət edib.

Məhkəmə araşdırmaları üç ay davam edib və müəllimənin gimnaziyadan işdən çıxarılması ilə sona çatıb.

Lakin məktəbdə edilən bullinq çox vaxt cəzasız qalır.

Bullinq nədir?

Vəkil Andrey Kiçenok təcrübəsi dövründə məktəblərdə bullinqlə bağlı təxminən 10 hadisə araşdırıb. Sonunculardan biri Dneprdən olan 14 yaşlı Liza Nisenkonun döyülməsi olub. Lizanın yaşıdı olan qızlar bütün həyətin gözü önündə əvvəlcə ona sataşmağa başlayıb, sonra isə döyüblər. Liza çoxlu sayda yaralar və onurğasından zərbə alıb. Bu məsələ ilə bağlı “Bədən xəsarətləri yetirmək” maddəsi ilə cinayət işi açılıb. Lakin vəkilin sözlərinə görə, bu da bullinqdir.

Psixoloq Ekaterina Qoltsberqin sözlərinə görə, həmyaşıdlar arasında kollektiv təhqir və ya müəllim tərəfindən alçaldılma halları yenilik deyil və həmişə olub.

“Dəqiq demək olmaz 20-30 il əvvəl bullinq az və ya çox olub. Sadəcə bu haqda az bilirdik. İnternetin olması ilə bu məsələ “şəbəkəyə çıxış” yolunu tapıb və hər bu cür hal geniş səs-küyə səbəb olur” , psixoloq deyir.

Bu bir tərəfdən mənəvi olaraq təqib və təhqir obyekti üçün pisdir, lakin digər tərəfdən Youtube-dəki video təqibin sübutudur və məhkəmədə dəlil kimi istifadə edilə bilər.

Ukrayna qanunvericiliyi bullinqi “mənəvi və ya fiziki zorakılıq, təcavüzün hər forması, narahatlıq və ya qorxu yaratmaq və maraqları üçün özünə tabe etdirmə və şüurlu pis rəftar əlamətləri" kimi təyin edir.

2019-cu ilin yanvarın 19-da Ukraynada "Bullinqlə Mübarizə üzrə Ukraynanın bəzi qanunvericilik aktlarına düzəlişlər haqqında" qanun qüvvəyə minib.

Bullinq edənin günahı sübut olunarsa, o (16 yaşından kiçik uşaqların valideynləri) 850-dən 1700 grivenədək ($31-63 dollar) və ya 20-40 saat ictimai xidmətlə cərimə edilir.

Təkrarlanan qanun pozuntusu üçün cəza 1700-3400 qriven ($63-125 dollar) olacaq. Bundan əlavə təhsil müəssisəsinin rəhbərləri hüquq-mühafizə orqanlarına bullinq faktlarını bildirməsə, onlar üçün də cərimə nəzərdə tutulur.

İndi məhkəmə qərarlarının reyestrində bullinqlə əlaqəli 30-dan çox iddia var. Onların çoxu müsbət cavab alıb.

Müsbət nəticə almış ilk cinayət işçrindən biri Kiyev regionunun Borispol şəhərindədir. Məktəbli qız İnstagramda sinif yoldaşının əxlaqsız fotoşəkillərini yerləşdirib. Onun anası 850 qriven ($31) məbləğində cərimə ödəməli olub.

Hüquqşünas Andrey Kiçeno deyir ki, məhkəmə qərarlarının müsbət nəticələnməsi və sübut edilən bullinq halları hələ ki, azdır, lakin bu hallar var.

Onun sözlərinə görə, məhkəməyə gələn yalnız aysberqin üstüdür, adətən valideynlər və məktəb rəhbərliyi problemi sülh yolu ilə həll etmək, sözlə üzr istəməyə və ya maddi ziyana görə kompensasiya ödəməyə üstünlük verirlər.

“Çox az sayda valideyn uşaqlarının yalnız dalaşdığını, döyüldüyünü və sonra barışdıqlarını dərk edir. Bu halların özü məsulliyyətə cəlb olunacaq qanun pozuntusudur” , vəkil deyir.

Məktəblərdə bullinqə qarşı mübarizə müəllimlərə də aiddir. Psixoloqların dediyinə görə, bir çox valideyn bu gün küncə qoymaq, vurmaq, aşağılamaq, lağ etmək, soyundurmağın nə bir norma, nə də "tərbiyə prosesi" deyil, qəddar münasibət və elə bullinqin özü olduğunu anlamağa başlayıb.

Alena Perfenova - "Batki SOS" ictimai təşkilatının həmtəsisçisidir. Təşkilatın Facebook qrupunda hər gün valideynlər müəllimlərin özbaşınalığını və sinif yoldaşlarının tərəfindən şiddətə məruz qalmış uşaqların hekayələrini dərc edir.

"Təhsil müəssisələrində baş verən bütün bu qəddar hekayələr məhz bu qanunla ərzəyə gəldi, bu, problemi həll edə biləcəyimizə əminlik verir. Cərimələr az olsa da, polis, məhkəmə və cərimələrin ödənilməsi artıq bu hadisənin işıqlandırılmasıdır", Perfenova bildirib.

Perfenova eyni zamanda hesab edir ki, bullinqə qarşı mübarizə bundan süni istifadə ehtimalını yaradır: bu bəhanə ilə "gərəksiz" valideynlərin uşaqları məktəbdən uzaqlaşdırılacaq.

Hər uşaq mübahisəsi və ya müəllimin səsin yüksəldilməsi bullinq kimi qəbul edilməməlidir. Bullinqin əsas əlamətləri bullinq edən şəxsin və qurbanın sistematik olması, aqressorun və qurbanın qeyri-bərabər qüvvələri və bullinq edən şəxsin etdiyi əməlləri aydın şəkildə anlamasıdır.

Psixoloq-psixoterapevt və şiddət travmaları mütəxəssisi Antonina Devyatkina deyir: "Aqressorun və ya qurbanın tipik portreti yoxdur. Başqalarından fərqlənən istənilən uşaq – hündürboy, alçaqboy, dolu, arıq, kürən, əlaçı və s. qurban ola bilər. Onların hamısını birləşdirən əsas keyfiyyət özlərinə inamın olmamasıdır. Aqressor isə uğursuz ailədən, qeyri-sosial bir uşaqdan deyil, əksinə, yetərincə sevgi, qayğı görməmiş və sonunadək başa düşülməmiş bir uşaqdır."

Psixoloq Yekaterina Qoltsberqin fikrincə təqib yalnız aqressor və qurbanın problem deyil. Bullinq – bütün kollektivin “xəstəliyidir” və bütün kollektiv müalicə olunmalıdır. “Təqibin səbəbkarını, qurbanını və şahidləri olur. Bu zəncirdən istənilən adamı götürsək – “xəstə” kollektiv onun yerini dolduracaq,” o deyir.

Kiyev əyalətinin Brovary şəhərindəki orta məktəbin inklüziv sinifində müəllim köməkçisi Yekaterina Xomenkonun sözlərinə görə, uşaqlar arasında bullinqin hər hansı bir təzahürü böyüklər olmadan mümkün deyil.

Yerkaterinanın xüsusi uşaqlarla iş təcrübəsi var, lakin, onun dediyinə görə, hətta uşaqların qeyri aktivliyi, böyüklər təşviqi qədər, bullinqi təşviq etmir.

"Müəllim hər gün İvanovun gecikdiyini, lazımsız cavab verdiyini və ümumiyyətlə sinifi pis qələmə verdiyi təkrarlayırsa, sinif qaçılmaz olaraq buna reaksiya verir. Müəllim böyük ehtimalla yaxşı bir məqsədlə bunu etsə də, İvanov böyük ehtimalla bütün sinifin təqibinə məruz qalacaq," Xomenko deyir. Bullinqin qarşısının alınması üçün hər bir tələbə üçün fərdi yanaşma üsulları tələb edir."

Həm hüquq müdafiəçiləri, həm psixoloqlar, həm də ictimai fəallar bir şeydə razılaşırlar – bullinq haqda danışmaq lazımdır. Bu, evin söhbətini çölə çıxartmaq deyil, təhsil prosesindəki bütün iştirakçıların öz hüquqları haqqında, habelə hərəkətlər və ya hərəkətsizliyə görə məsuliyyət barədə xəbərdar olmasıdır. Bundan əlavə, böyüklər sadəcə sistematik olan uşaq münaqişələrinə müdaxilə etmək məcburiyyətindədirlər.

XS
SM
MD
LG