Accessibility links

Ukraynalı könüllülər Mariupolu müdafiə etməyə hazırlaşır [Video]


Ukraynalı könüllülər Mariupolu müdafiə etməyə hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Ukrayna qüvvələri döyüş olmadan Mariupolu tərk etməyəcəyini deyir

Ukraynada atəşkəsə baxmayaraq, Mariupol şəhərindəki əsgərlər Rusiyapərəst separatçıların hücuma hazırlaşdıqlarını düşünürlər. Ötən ilin əvvəli Rusiya tərəfindən ilhaq edilən Krıma quru çıxışı açmaq üçün separatçılar Mariupol şəhərini ya ələ keçirməli, ya da mühasirəyə almalıdırlar. Lakin, çoxu könüllülərdən ibarət Ukrayna qüvvələri şəhəri müdafiə etməyə hazır olduqlarını deyir.

Ukrayna ordusunun əsgərləri Azov dənizinə baxan yüksəkliklərdə gizləniblər.

Bu səngərlər, bunkerlər və döyüş mövqeləri Mariupolun ətrafındakı müdafiə şəbəkəsinin tərkib hissəsidir. Çox insan Mariupolun Rusiyapərəst üsyançıların şərqi Ukraynadakı növbəti hədəfi olmasından ehtiyat edir. Fevralın 15-də qüvvəyə minən atəşkəsə baxmayaraq, buradakı əsgərlər vəziyyətin daha da pisləşəcəyini gözləyirlər.

“Mən atəşkəsə inanmıram, çünki heç kəs Minsk razılaşmasına riayət etmir. Atışma azalıb, amma döyüşlər davam edir. Ona görə də mənə elə gəlir ki, bizə qarşı hücum olacaq. Belə davam etsə bu, baş verəcək”.

Mən atəşkəsə inanmıram, çünki heç kəs Minsk razılaşmasına riayət etmir. Atışma azalıb, amma döyüşlər davam edir

Şəhəri tamamilə ələ keçirmədən və ya mühasirəyə almadan Rusiyapərəst üsyançıların yenicə ilhaq olunmuş Krım yarımadasına quru yolu ilə çıxışı olmayacaq. Krım yarımadası Rusiya donanmasına Aralıq dənizinə çıxış imkanı yaradan strateji baxımdan əhəmiyyətli mövqedir.

Üsyançılar artıq Mariupolun nəzarətini ələ keçirdiklərini iddia ediblər, lakin Ukrayna qüvvələri döyüş olmadan şəhəri tərk etməyəcəyini deyir.

“Üsyançılar Mariupolun strateji və siyasi baxımdan əhəmiyyətli yer olduğunu deyirlər. Ancaq bizim qüvvə və qoşunlarımızı nəzərə alsaq, bu, onlar üçün çox çətin olacaq. Hər kəs hazırdır.”

Mariupol üzərində bütün döyüşlər həqiqətən də dəhşətli ola bilər. Dinc əhali artıq şəhərin şərq hissəsini tərk edib və bu kişi isə atəşkəsə baxmayaraq, bu yaxınlarda həyətinə mərmi düşdüyünü iddia edir.

“Dənizdən, ya da Şirokin tərəfdən mərmi bura düşdü və partlama baş verdi. Daha üç və ya dördü isə orada partladı. Bundan əlavə də atəş açıldı. Amma onlar suya düşdü”.

Mariupolun hava limanı artıq müvəqqəti hərbi bazaya çevrilib və cəbhə bölgəsindən dönən könüllü döyüşçülərin istirahət məkanı kimi fəaliyyət göstərir.

Mariupola hücüm etdiyi təqdirdə Fransa Rusiyanın əlavə sanskiyalarla üzləşəcəyini bildirib, amma burada çox az insan Rusiyanı bu fikirdən daşınacağına inanır. Çox insan günlərini soyuq səngərlərdə keçirdikdən sonra yorğundurlar. Hər iki tərəfin bu münaqişədə qazanmalı olduğu hələ çox şey var, ona görə də atəşkəs hər iki tərəfə hava şəraiti yaxşılaşanadək yenidən qruplaşmaq imkan yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG