Accessibility links

Kiyev meydnında snayper hücumu ilə bağlı hesabat açıqlanmalıdır


Ukraynanın yeni rəhbərliyi fevral ayının 20-də hökumət əleyhinə nümayişçilərə qarşı snayper hücumuna dair hesabat açıqlayacağını bildirib. Nümayişlərin təşkilatçılarını isə təhqiqatların səthi olduğu narahat edir.

45 yaşlı Boris Aseyev Kiyevin müstəqillik meydanında 3 atəş yarası alıb. O, minlərlə insanla bərabər meydanda qurulan çadırlarda etiraz askiayasının iştirakçısı olub. Fevralın 20-də yüz adam atışma zamanı yaralanıb.

AK-47 silahından açılan atəş Aseyevi ayağından yaralayıb. Onun bəxti gətirib. Belə ki, həmin gün 53 nümayişçi öldürülüb. Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında onların əksəriyyətinin başından, boynundan və ya ürəyindən vurulduğu deyilir.

Atışma Kreml də daxil edilməklə, sabiq prezident Viktor Yanukoviç tərəfdarları və Ukraynanın müvəqqəti hökuməti arasında böyük mübahisə mövzusuna çevrilib.
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlin ittihamlarını təkrar edərək, snayperlərin ya sağçı ekstrimistlər, ya da xaricdən gətirilən və hadisədən bir gün sonra ölkəni tərk edən muzdlu snayperlər olduğunu deyib.

Ukraynanın ədliyyə naziri və əvvəllər parlamentdə müxalifəti təmsil edən Pavlo Petrenko nümayişçilərin atəşə tutulmasına əmr verildiyindən şübhələnmədiyini bildirib. O, bu qərarın Yanukoviç və onun hökuməti tərəfindən verildiyini deyib. Nazir yeni baş prokurorluq və polisin istintaq apardığını və sualların ilk cavabının yaxın zamanda açıqlanacağını deyib.

Lakin meydan liderləri istintaqın nəticələrinə şübhə ilə yanaşır. Bir çoxları insanların Ukraynanın kəşfiyyat agentliyi tərəfindən güllə-baran edildiyini düşünür. Meydan liderlərindən biri Olqa Boqomolets kəşfiyyat agentliyinin təhqiqiatına inanmadığını və istintaqa xaricdən müdaxilə edilməsini istəyir.

Meydanda nümayişçilər arasında olan nazir Petrenko tənqidləri başa düşdüyünü, lakin təhqiqatın dürüst aparıldığına inandığını deyib. O, parlamentin xüsusi komissiya təsis etdiyini və bu komissiyanın vəzifəsinin prokurorluq və polisin təhqiqiatla bağlı roluna nəzarət etmək olduğunu bildirib.

Meydan hadisələrində 100-dən çox insan həlak olub, 500 nəfər xəsarət alıb. Onların əksəriyyəti nümayişçilərdir. Ölənlər arasında bir neçə polis işçisi var.
Əgər təhqiqiatın nəticələri insanları qane etməsə, yeni hökumətə qarşı etiraz aksiyaları baş qaldıracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG