Accessibility links

Ukrayna NATO ilə birgə təlimlərin bir neçə ay sonra başlayacağını bildirib


Ukrayna silahlı qüvvələri şənbə günü bir neçə ay ərzində NATO ilə birgə hərbi təlimlərin başlayacağını bildirib. Bu isə bu cür addımın əleyhinə olduğunu ifadə edən Moskva ilə gərginliyi artıra bilər.

Rusiyanın Ukraynanın Donbas regionunda münaqişədə hər hansı eksalasiyanın Ukraynanı “məhv”edəcəyinə dair xəbərdarlığından sonra NATO cümə axşamı Ukraynanın şərqində Rusiya qoşunlarının yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib.

Kreml cümə günü Ukraynana NATO qüvvələrinin yerləşdirilməsinin Rusiya sərhədi yaxınlığında gərginliyin artmasına gətirib çıxaracağını və Moskvanı təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyə vadar edəcəyini deyib.

Ukrayna qoşunları 2014-cü ildən bəri ölkənin şərqində yerləşən Donbas regionunda Rusiyanın dəstəkləiyi separatçı qüvvələr ilə mübarizə aparır. Kiyev münaqişə nəticəsində 14,000 insanın öldüyünü təxmin edir.

Ukrayna silahlı qüvvələri şənbə günü Facebook səhifəsində yerləşdirdiyi bəyanatında bildirib ki, bir neçə ay sonra başlayacaq təlimlərdə NATO-ya 5 üzv ölkədən 1000-dən çox hərbi personal iştirak edəcək.

“Bədxah ölkə tərəfindən təcavüzə məruz qalan ölkənin dövlət sərhədləri və ərazi bütovlüyünü bərpa etmək üçün xüsusi diqqət müdafiə tədbirlərinə, daha sonra isə hücuma ayrılacaq,” açıqlamada bildirilib.

Açıqlamada təlimlərin dəqiq nə zaman keçiriləcəyi qeyd olunmayıb.

XS
SM
MD
LG