Accessibility links

Ukrayna ABŞ və NATO ölkələri ilə birgə hərbi təlimlərə başlayıb


Ukrayna ABŞ və digər NATO ölkələri ilə birgə hərbi təlimlərə başlayıb. 2014-cü ildən bəri Rusiyanın dəstəklədiyi separatçılarla müharibə aparan ölkə nə vaxtsa NATO-ya daxil olmaq ümidi ilə Qərb hərbi qüvvələri ilə daha sıx inteqrasiya axtarışındadır.

Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi oktyabrın 1-dək davam edəcək Rapid Trident - 2021 təlimlərində 4 min ukraynalı və 2 min xarici hərbçinin iştirak edəcəyini bildirib.

"Hər birinizin bütün biliklərinizi cəmləşdirəcəyinə, təcavüzkara şansının olmadığını göstərmək üçün bütün gücünüzü cəmləşdirəcəyinizə inanıram"- deyə, Ukrayna Qüvvələrinin Təlim Komandiri İqor Palaqnyuk ölkənin qərbi Yarov yaxınlığındakı Beynəlxalq Sülhməramlılıq və Təhlükəsizlik Mərkəzdəki açılış mərasimində bildirib.

ABŞ ordusu verdiyi açıqlamada çoxmillətli təlim qüvvələrinin tərkibində Ukraynada aprel ayından etibarən yerləşdirilən Vaşinqton Milli Qvardiyasının briqada döyüş qrupunun təlimə qatıldığını bildirib.

"Müttəfiq və tərəfdaş ölkələr arasında funksional qarşılıqlı əlaqənin səviyyəsini artırmaq, habelə döyüş hazırlığını nümayiş etdirmək" məqsədi daşıyan təlimlərdə 12 ölkədən hərbi personal iştirak edir.

Bu arada, bazar ertəsi təxminən 20 Rusiya hərbi gəmisi Qara dənizdə irimiqyaslı canlı atəş təlimlərinə başlayıb.

XS
SM
MD
LG