Accessibility links

Ukrayna parlamenti NATO üzvlüyünə kursu Konstitusiyada təsbit etdi


Ukraynanın Ali Radası fevralın 7-də ölkənin Konstitusiyasına dəyişiklikləri qəbul edib.

Bundan sonra Konstitusiyanın preambulasında yer alan müddəa “Ukrayna torpaqlarında vətəndaş razılığını möhkəmləndirilməsi naminə Ukrayna xalqının Avropa xalqları ilə oxşarlığını, Avropa və Avroatlantik kursun dönülməz" olduğunu təsdiq edir.

Ukraynanın Avropa və NATO kursu qanunu Petro Poroşenko tərəfindən parlamentə təqdim olunub.

Bu qanuna qarşı çıxanlar Rusiyanın maraqları çərçivəsində işləyir.
Petro Poroşenko, Ukrayna Prezidenti

2018-ci ilin sentyabrın 20-si Ali Rada kursun Konstitusiyaya uyğun olub-olmadığı qiymətləndirmək üçün Konstitusiya məhkəməsinə göndərib. Noyabrın 22-də Konstitusiya məhkəməsi bu qanun layihəsinə müsbət cavab verib.

Qanun 2018-ci ilin noyabr ayında birinci oxunuşda qəbul edilib.

Ukrayna höküməti gələcəkdə ölkəni Avropa İttifaqı və NATO-nun tamhüquqlu üzvü görmək istəyir. Poroşenko noyabr ayında parlamentdəki çıxışı zamanı qanun layihəsinə qarşı olanların "Rusiyanın maraqları çərçivəsində işlədiyini” bildirib

Lakin Avropa İttifaqı və NATO Ukraynanın alyansa qoşulması və bunun nə zaman olacağı barədə hələ də dəqiq məlumat verməyib.

Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatistlərə himayədarlığı Ukrayna hökumətini qəti Avropayönümlü kursa istiqamətləndirib.
Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatistlərə himayədarlığı Ukrayna hökumətini qəti Avropayönümlü kursa istiqamətləndirib.

Ukrayna və NATO arasında əlaqələrin əsası rəsmi olaraq 1992-ci ildə Ukrayna Şimali-Atlantika Şurasına qoşulduğu zaman qoyulub.

1994-cü ildə Ukrayna MDB ölkələri arasında ilk olaraq “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və NATO-nu Balkanlarda dəstəkləyib. 1999-cu ilin iyunun 12-si Kosovo böhranı zamanı Ukrayna Priştinaya uçan Rusiya təyyarələri üçün hava məkanını bir neçə saatlıq bağlamışdı - bu isə Moskva tərəfindən pis qarşılanmışdı.

2004-cü ilin aprelində Ali Rada NATO hərbi qüvvələrinin Ukrayna ərazisinə sərbəst girişinə dair qanun qəbul edib.

Hələ 2004-cü ilin aprelində Ali Rada NATO hərbi qüvvələrinin Ukrayna ərazisinə sərbəst girişinə dair qanun qəbul edib.

Prezident Viktor Yuşenkonun ABŞ-a ilk rəsmi səfəri zamanı Corc Buş, “Mən Ukraynanın NATO-ya üzvlüyü fikrinin tərəfdarıyam” deyib.

2005-ci ilin aprelində Ukraynanın hərbi doktrinasına “NATO və Avropa İttifaqının Avropadakı stabilliyi nəzərə alsaq, Ukrayna bu təşkilatlardakı tam üzvlüyə hazırlaşır” yazılıb.

ABŞ Ukraynanın NATO-ya qoşulmağını daim dəstəkləyib. Fransa və Almaniya və bir neçə Avropa ölkəsi keçmişdə buna sərt münasibət bildirib.

Viktor Yanukoviçin 2010-cu ildə Ukraynada hakimiyyətə gəlməsi ilə NATO-ya üzvlük məsələsi dondurulmuşdu, lakin Ukrayna 2013-cü ilədək bütün əməliyyatlarda iştirak edən alyansın yeganə partnyor dövləti olaraq qalırdı.

Petro Poroşenkonun hakimiyyəti dönəmində qəbul edilmiş Ukraynanın hərbi doktrinasındakı son dəyişikliyə uyğun olaraq Ukrayna NATO ilə əməkdaşlığı möhkəmlətmək və 2020-ci ilədək Ukrayna ordusunun NATO üzv ölkələrinin hərbi qüvvələri ilə tam uyğunluğunun əldə edilməsini prioritet hesab edir.

XS
SM
MD
LG