Accessibility links

Ukrayna parlamentinin "muxtariyyət qərarı" Kiyevdə zorakılıqlara səbəb olub


Bu gün Kiyevdə etiraz aksiyaları zamanı bir təhlükəsizlik zabiti güllə ilə vurularaq öldürülüb, onlarla nümayişçi və polis isə nümayişdə baş vermiş partlayış nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kiyevdə insanların etirazlarına səbəb isə Ukraynanın şərqində rusiyapərəst üsyançılara daha çox muxtariyyətin verilməsi ehtimalıdır.

Dinc başlayan nümayişdə insanlar parlament binasının önündə bayraqlar dalğalandırıb. Lakin daha sonra qanunvericilərin dəyişiklərə ilkin razılıq verməsi ilə etiraz aksiyası zorakılıqlara səhnə olub. Bu dəyişiklər ölkənin şərqində sülhü bərpa etmək üçün Qərbin tələblərinə daxildir.

Aksiya zamanı baş vermiş partlayış onlarla insanın küçələrdə qan içərisində uzanmasına səbəb olub. Həm nümayişçilər, həm də polis göz yaşardıcı qazdan istifadə edib.

APTOPIX Ukraine Constitution
APTOPIX Ukraine Constitution

Rəsmilər deyib ki, qarşıdurma zamanı ürəyindən güllə yarası alan 25 yaşlı Milli Qvardiya zabiti xəstəxanada əməliyyat otağında dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün yaralanan 100-ə yaxın hüquq-mühafizəçisindən 10-nun vəziyyəti ağırdır. Onlar etirazçıların atdığı partlayıcı maddələrin işə düşməsi nəticəsində xəsarətlər alıb.

Bu ilin əvvəlində razılaşdırılmış və Qərbin dəstəklədiyi sülh planı Kiyevi bu ilin sonunadək "desentralizasiya"nı qəbul etməyə çağırmışdı. 450 yerlik parlamentdə qanunvericilərin 265-i prezident Petro Poroşenkonun təklif etdiyi dəyişikliklərin lehinə səs verib və yekun səsvermənin sabah keçirilməsi gözlənilir.

Nümayişçilər isə bu islahatları anti-Ukrayna dəyişikləri adlandıraraq deyir ki, Konstitusiya dəyişikliyi üsyançıların Ukraynanın şərqinə nəzarətini leqallaşdıracaq. Üsyançılar isə hətta yarı-muxtariyyət statusunu da qəbul etmədiklərini bildirirlər.

XS
SM
MD
LG