Accessibility links

Ukraynada təhlükəsizlik əməliyyatlarına ara verilir


Xarici işlər naziri Adrii Deşçutsia əməliyyatların dayandırılmasını Pasxa bayramı ilə izah edib

Ukrayna hökuməti hökumət binalarını zəbt edən Rusiya tərəfdarlarına qarşı təhlükəsizlik əməliyyatlarına ara verilməsinə görstəriş verib.

Xarici işlər naziri Adrii Deşçutsia əməliyyatların dayandırılmasını Pasxa bayramı ilə izah edib. O, bildirib ki, əməliyyatların dayandırılması ATƏT-in monitorinq qrupuna hazırlıq görməsinə imkan yaradacaq.

Mart ayında ATƏT Ukraynada təhlükəszilik və insan hüququları pozuntularına dair məlumat toplanması ilə bağlı xüsisi missiya təsis edib. Qrup ölkədə dialoq yaradılmasında da vasitəçilik edir.

Xarici işlər nazirinin bəyanatı onun ATƏT nümayəndələri, Avropa Birliyinin səfirləri, Rusiya və ABŞ-ın təmsilçiləri ilə görüşündən sonra verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG