Accessibility links

Ukrayna ilə birlikdə Polşa və Litva da Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb


Polşa və Litva Ukraynaya qoşularaq, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb. Polşa prezidenti Anjey Duda Rusiyanın Ukraynaya qarşı potensial hərbi təcavüzünün qarşısını almaq üçün “hər şey etmək lazımdır” deyib.

Litva, Ukrayna və Polşa prezidentləri dekabrın 20-də Ukraynanın qərbində yerləşən Huta kəndində keçirilən görüşdən sonra yaydıqları birgə bəyanatda Kremlin öz qoşunlarını Ukrayna sərhədlərində və müvəqqəti işğal olunmuş ərazilərdə saxlamaqla vəziyyəti gərginləşdirdiyini və beynəlxalq ictimaiyyəti bir daha Ukraynaya qarşı davam edən təcavüzə görə Rusiya Federasiyasına qarşı sanksiyaları gücləndirməyə çağırıb.”

Lyublin Üçbucağı regional forumunun bir hissəsi olan üçtərəfli sammit Kiyev və onun qərbli himayədarlarının Rusiyanı gələn ayın əvvəlində işğala mümkün müqəddimə kimi Ukrayna ilə sərhəd yaxınlığında 100 minə yaxın hərbçi toplamaqda ittiham etdiyi vaxta təsadüf edir.

Avropa İttifaqı 2014-cü ilin martında Ukraynanın Krım bölgəsini ələ keçirməsi və qanunsuz ilhaqı, eləcə də 2014-cü ilin aprelindən bu yana 13200-dən çox insanın ölümünə səbəb olan münaqişədə Moskvanın Ukraynanın şərqindəki separatçıları dəstəkləməsinə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Görüşdən sonra mətbuat konfransında çıxış edən Polşa prezidenti Anjey Duda “Rusiyaya hər hansı güzəşt siyasətinə qətiyyən qarşı olduğunu” deyib.

“Belə bir ultimatuma, bu cür şantajlara boyun əymək qətiyyən arzuolunmazdır” - deyə, o əlavə edib.

"Bizim ümumi vəzifəmiz Rusiyanın yaratdığı təhlükənin qarşısını almaq və Avropanı Rusiyanın aqressiv siyasətindən qorumaqdır" - deyə, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Litva prezidenti Gitanas Nauseda isə Rusiyanın "21-ci əsrdə Avropada qırmızı xətlər" çəkmək cəhdinin qəbuledilməz" olduğunu deyib.

Blok Rusiyanı mövcud vəziyyəti deeskalasiya etməyə və münaqişə əvəzinə yenilənmiş diplomatiya ilə məşğul olmağa çağırıb və hər hansı bir hücum olarsa, Britaniya və ABŞ-la koordinasiyada yeni və daha güclü sanksiyalarla hədələyib.


Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG