Accessibility links

Petro Poroşenko Rusiya ilə müzakirələrə hazırdır


Ukrayna prezidenti Rusiya rəsmiləri və Rusiyaya arxalanan separatistlərlə müzakirələrin yeni raunduna hazır olduğunu deyib.

Petro Poroşenko Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Ketrin Eştonla telefon söhbəti zamanı bildirib ki, danışıqların yeri və tarixi barədə təklifini verib və hazırda tərəflərdən cavab gözləyir.

Daha əvvəl Poroşenko Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angelina Merkellə Ukraynın şərqindəki vəziyyəti telefonla müzakirə edib.

Merkel ofisinin bildirdiyinə görə, onlar ikitərəfli atəşkəs əldə edilməsi və sərhədlərin mühafizə üçün Rusiya ilə əməkdaşlıq barədə razılıq əldə edib.

Xanım Merkel Ukrayna durumunu telefonla ABŞ prezidenti Barak Obama ilə də müzakirə edib. Ağ Evin bildirdiyinə görə, liderlər gərginliklərin azaldılması məqsədi ilə Rusiyanın təcili addımlar atmasının vacibliyində razılaşıblar.

XS
SM
MD
LG