Accessibility links

Ukrayna prezidenti bu həftə sülh planı təqdim edəcək


Ukrayna prezidenti Petro Poroşenko deyir ki, o, rusiyapərəst separatçılarla hökumətin apardığı döyüşlərdə atəşkəs də daxil olmaqla detallı sülh planı hazırlayacaq.

Kiyevdə ölkənin milli təhlükəsizlik şurasının toplantısında çıxış edən cənab Poroşenko deyib ki, o, bu həftə sülh planını təqdim edəcək və planın tətbiqinin başlanğıcı kimi atəşkəs təklif edilə bilər.

Onun sözlərinə görə, plana ölkə Konstitusiyasına dəyişiklər də daxildir. Səlahiyyətlərin təmərküzləşməsini nəzərdə tutan dəyişikliklər hökumətin Ukraynanın şərqindəki rəqiblərinin başlıca tələblərindən biridir.
XS
SM
MD
LG