Accessibility links

Ukrayna prezidenti müharibəyə son qoymağı vəd edir, Trampı Kyivə dəvət edir


Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ senatorları Ron Conson Kris, Kris Mörfi və Con Barrasso. 14 fevral, 2020. Kyiv, Ukrayna
Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ senatorları Ron Conson Kris, Kris Mörfi və Con Barrasso. 14 fevral, 2020. Kyiv, Ukrayna

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü ölkənin şərqində separtçıların apardığı müharibəyə son qoyacağına söz verib. Orada 2014-cü ildən bəri Rusiyanın dəstəklədiyi üsyançılarla Ukrayna qoşunları arasında gedən döyüşlər nəticəsində 14 mindən çox insan öldürülüb.

Münhen Təhlükizlik Konfransında çıxış edən Zelenski deyib ki, o, prezidentlik vəzifəsi 2024-cü ildə baş çatmadan münaqişəyə son qoymağa ümid edir.

Əgər beş il sonra biz müharibəyə son qoyub, insanlarımızı geri gətirə bilsək, mənim prezident olmağımın bir səbəbi olacaq" - o deyib.

Ukraynanın şərqində münaqişə 2014-cü ilin aprelində Rusiya Uraynanın Krım yarımadasını ilhaq edənsən bir neçə həftə sonra başlayıb və o zamandan bəri ölkənin sənaye mərkəzini məhv edib.

Rusiya ilə münaqişədə Ukraynanı dəstəklədiyi üçün Birləşmiş Ştatlara təşəkkür edən Zelenski prezident Donald Trampın impiçment məhkəməsi başa çatdığı üçün ABŞ-la yeni münasibət qurmağa ümid bəslədiyini bildirib.

Ukrayna və Zelenski impiçemtn araşdırmasının mərkəzində idi. Trampı iyul ayında Zelenski ilə telefon danışığı zamanı Zelenksinyə prezidentliyə Demokrat namizəd Co Baydenin oğlunun Ukraynanın qaz şirkəti Burisma ilə əlaqəsini arşadırması üçün təzyiq göstərmişdi və bu, onun üzərində impiçment araşdırmasının aparılmasına gətirib çıxarmışdı.

Münhendə çıxış edən Zelenski Ağ Evi ziyarət etmək istəydiyi deyib və Trampı Kiyevə dəvət edib.

"Bizim ABŞ-la yaxşı münasibətimiz var və mən amerikalılara dəstəklərinə görə minnətdaram", o deyib.

Heç bir siyasi təcrübəsi olmayan 42 yaşlı komediya aktyoru olan Zelenksi 2019-cu ildə döyüşlərə son qoymaq vədi ilə prezident seçkilərində qalib gəlib. O, Rusiya isə sülh razılığı əldə etmək istədiyini bildirir.

Lakin bir neçə mübahisəli məsələ sülh prosesini çətinləşdirir. Buna Ukraynanın sərhədinə nəzarətini geri alması və üsyançıların nəzarət etdiyi regionların daha çox muxtariyyatla təmin edilməsi üçün seçkilərin keçirilməsinə icazə verməsi daxildir.

Zelenski şənbə günü Münhendə deyib ki, o, oktyabr ayında Ukrayna boyu, o cümlədən şərqdəki müəyyən ərazilərdə yerli seçkilərin keçirilməsini istəyir. Lakin onun sözlərinə görə, səsvermə döyüşlərin getdiyi yerdə aparıla bilməz.

"Donbasdakı insanlar legitim hesab olunacaq seçkilərə ehtiyacları var. Amma seçki güllə səsləri altında və Kiyev Ukrayna sərhədinə nəzarət etmədən Ukrayna qanunlarına uyğun olaraq keçirilə bilməz", prezident deyib.

Zelenski aprel ayında Rusiya prezidenti Vladimir Putinlə məhbus mübadiləsi ilə bağlı danışıqlar aparacağını açıqlayıb. Zelenski deyib ki, hazırda üsyançıların nəzarət etdiyi ərazilərdə 200 ukraynalı məhbus var.

XS
SM
MD
LG