Accessibility links

Ukrayna prezidenti Viktor Yanukoviçin hakim partiyası öndədir


Ukrayna prezidenti Viktor Yanukoviçin hakim partiyası öndədir
Ukrayna prezidenti Viktor Yanukoviçin hakim partiyası öndədir

Ukraynada ilkin “Exit-poll” göstərir ki, bazar günü keçirilən bələdiyyə seçkilərində prezident Viktor Yanukoviçin hakim partiyası öndədir. Bu isə keçən il seçkilərdən bəri prezidentin hələ də əhali tərəfindən dəstəkləndiyini göstərir. GHK-Ukrayna Qrupunun keçirdiyi sorğu prezidentin Regionlar Partiyasının 36 faiz dəstəyə malik olduğunu aşkar edib. 2009-cu ildə uğursuzluğa məruz qalmış Yuliya Timoşenkonun partiyası hazırda 13 faizlə ikinci yerdə gedir. Timoşenkonun bloku səsverməni pisləyərək yerli və regional şura üzvləri ilə yanaşı, merlərin də müəyyən olunacağı seçkilərdə kütləvi pozuntuların olduğunu iddia edib.

XS
SM
MD
LG