Ukrayna baş prokurorluğu məhkəmədən sabiq Prezidenti Petro Poroşenkonun dövlətə xəyanət və rusiyapərəst separatçıları maliyyələşdirmək şübhəsi ilə həbsini istəyib. Bu barədə Poroşenkonun parlamentdəki fraskiyasındaın qanunverici cümə günü məlumat verib.
“Baş prokurorluq Milad ərəfəsində baş prokurorun Poroşenkonun həbsi ilə bağlı vəsatəti təsdiqləməsi barədə məlumatı təsdiqləyib,” İrina Geraşenko Facebook-da bildirib.
Baş prokurorluq Geraşenkonun iddiasını təsdiq etməyi rədd edib.
Dövlət istintaq bürosu bazar ertəsi bildirib ki, Polşada səfərdə olan Poroşenko adları açıqlanmayan bir qrup insanla, o cümlədən Rusiyanın bəzi yüksək səviyyəli rəsmiləri ilə ilkin sui-qəsd vasitəsilə terror təşkilatlarının “fəaliyyətinə yardımçı olmaqda” şübhəli bilinir.
Poroşenko növbəti gün rəsmilərin onunla bağlı dövlətə xəyanət ittihamı ilə istintaq aparmaq qərarını qəbulolunmaz adlandırıb. Onun partiyası bildirib ki, ittiham Ukryana Prezidenti Volodimir Zelenskinin göstərişi ilə uydurulub.
“Bizim siyasi komandamız [prezident aparatının] və onun tamamilə nəzarət altında olan təhlükəsizlik qüvvələrinin son addımlarını müxalifət və onun liderinə qarşı siyasi repressiya, seçici ədalət, hədə-qorxu və təzyiq olaraq görür,” Geraşenko deyib.
Ukrayna 2014-cü ildən bəri Donbas regionunda Rusiyanın dəstəklədiyi separatçılarla müharibə aparır. Moskva son aylarda Ukrayna yaxınlığında qoşun cəmləşdirməklə Qərbin narahatlıqlarına səbəb olub.