Accessibility links

Ukrayna-Rusiya :Təkəbbürlü münasibətlər [Video]


Rusiya-Ukrayna : Təkəbbürlü münasibətlər
please wait

No media source currently available

0:00 0:03:11 0:00
Ortaq mədəniyyət və tarixə malik olmaqlarına baxmayaraq, Ukrayna və Rusiya arasında ötən əsrdə yaşanan münasibətlər bugünkü qarşıdurmanın təməli hesab edilir.
Biz Ukraynanı yalnız yaxın qonşu deyil, həmişə qardaş ölkə hesab etmişik


Ukraynaın geo-siyasi əhəmiyyəti aşkardır. Rusiya üçün Ukrayna Avropa bazarlarına əsas marşrutdur. Ukrayna həm də Rusiyaya qarşı Qərbin mümkün hücumlarına buferdir.

Ukraynanın əhəmiyyətini yaxşı başa düşən Rusiya prezidenti Vladimir Putin mart ayında Krımın ilhaqından sonra o ölkə ilə qardaşlıq münasibətlərindən danışmışdı.
“Biz Ukraynanı yalnız yaxın qonşu deyil, həmişə qardaş ölkə hesab etmişik.”

Rusiyanın Dojd-TV stansiyasının əməkdaşı Mariya Makeyeva deyir ki, ukraynalılar üçün bu, çox mürəkkəb bir məsələdir. “Ukraynalının içəri girməyə çalışan rusa qapılarını bağladığı barədə cizgi filmi var. Rus deyir ki, mən sənin qardaşınam, səni faşistlərdən qorumaq istəyirəm. Bu film ukraynalıların ruslar haqda nə düşündüyünüə yaxşı bir misaldır.”

Sovet diktatoru İosif Stalinin 1930-cü illərdə milyonlarla ukraynalını kütləvi şəkildə aclıqdan qırması xatirələrdən silinməyib.

Ruslar isə İkinci dünya Müharibəsi zamanı ukraynalıların bəzilərinin faşistlərlə əməkdaşlıq etməsini yaddan çıxarmır.
Aclıq qurbanlarının abidəsi
Aclıq qurbanlarının abidəsi

Karneqi Fondundan Masha Lipmanin dediyinə görə, bu siyasi ittihamlar insanları kateqoriyalara bölünməyə vadar edir. Ruslar ukraynalıları faşistlər və bizimkilər sinfinə bölür. “Ukraynalılar bir millət kimi unudulub.”

Lipman deyir ki, Rusiya mərbuatının “müdafiə“ kəlməsini tez-tez işlətməsi qardaşlıq və müdafiə ideyalarını sual altına alır. “Rus qoşunları Ukraynaya daxil olsalar kimi qoruyacaqlar? Rusları ukraynalılardan? Burada məqsədli qeyri-müəyyənlik var, amma nə vaxtsa bu, həll olunmalıdır.”
Petro Poroşenko
Petro Poroşenko


Ukrayna seçkilərinin başa çatması və Moskvanın Petro Poroşenkonu prezident kimi qəbul etməsi ilə Putinin qardaşlıq çağırışının qüvvədə qalıb-qalmayacağı aydın deyil. Lakin bircə şey aydındır. Yeni prezidentə parçalanmış bir Ukrayna miras qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG