Accessibility links

Ukrayna rəsmiləri Çernobılda radiasiya səviyyəsinin artmadığını bildirir


Ukraynanın yerli hakimiyyət orqanları sakinlərin Çernobıl Atom Elektrik Stansiyası yaxınlığındakı meşə yanğınlarının təhlükəli radiasiya səviyyəsinə səbəb olduğu ilə bağlı narahatlıqlarını təkzib edib.

1986-cı ildə dünyada baş vermiş ən təhlükəli nüvə qəzasına səbəb olan partlayışdan sonra stansiyanın ətrafında və paytaxt Kyivdə müəyyənləşdirilmiş radiasiya səviyyəsi "təbii həddi keçməyib” - deyə, rəsmilər məlumat verib.

Fövqəladə hallar xidməti hələ də yanğınlara qarşı mübarizə aparıldığını, lakin vəziyyətin "tam nəzarət altında olduğunu" açıqlayıb.

1986-cı ilin aprel ayında baş verən partlayışdan sonra insanlar nüvə stansiyası ətrafındakı bölgədən 30 km (19 mil) kənar ərazilərə təxliyə edilmişdi. Hazırda zona ciddi nəzarət altındadır.

Yanğınlar cümə axşamı izolyasiya zonasının qərb hissəsində başlamış və yaxınlıqdakı meşələrə yayılmışdır. Bu meşələrin bəzisi hələ də yüksək radiasiya səviyyəsi olan zonanın bir hissəsindədir.

Qəza xidməti tərəfindən çəkilən görüntülərdə meşələrin qatı tüstüyə büründüyü, ot və kolların yandığı göstərilir.

Fövqəladə hallar xidməti çərşənbə axşamı günortadan sonra zərər görmüş ərazinin 35 hektara qədər artdığını və alovla mübarizə üçün təyyarələr və helikopterlərdən istifadə edildiyini bildirib.

Yanğınlar qeyri-adi quru hava şəraitindən sonraya təsadüf edir, lakin polis eyni zamanda qəsdən zibil və otları yandırmaqda günahlandırılan 27 yaşlı bir yerli sakinin müəyyən edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG