Accessibility links

Volodimir Zelenski ABŞ Konqresinə müraciət edib


Ukrayna prezidenti çərşənbə günü ABŞ Konqresindən və prezident Co Baydendən daha çox hərbi yardım istəyib və Ukraynanın mühasirəyə alınmış səmasında uçuşlara qadağa tətbiqi xahiş edib.

Çərşənbə günü NATO nazirləri Rusiyanın işğalını müzakirə etmək üçün Avropada toplaşdığı bir vaxt Rusiya Ukraynanın paytaxtı Kyivə hücumlarını davam etdirib.

ABŞ-ın Konqresində virtual olaraq çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski "Hazırda ölkəmizin taleyi həll olunur" deyib. Zelenski ABŞ qanunvericilərinin 1941-ci ildə Yaponiyanın Pearl Harbora hücumu ilə bağlı ağrılı xatirələri və ABŞ-ı İkinci Dünya Müharibəsi qoşulmasını, 2001-ci il 11 sentyabr terror hücumlarını, ABŞ-ın Terrorla Mübarizə üzrə çoxcəbhəli fəalyyətini və iki onillik davam edən Qlobal Müharibəsini yada salıb.

Müraciətinin bir hissəsini ingilis dilində edən 44 yaşlı prezident çıxışında vətəndaş hüquqları lideri Martin Lüter Kinqin sözləri də daxil olmaqla, Amerika tarixinin ən ruhlandırıcı anlarına toxunub.

"Mən səmamızı qorumalıyam. Mənim sizin qərarınıza, köməyinizə ehtiyacım var. Bu isə vaxtilə eşitdiyiniz “mənim bir arzum var” sözləri ilə eyni mənaya gəlir”- deyə Zelenski əlavə edib.

O, uçuşlara qadağa zonası ilə bağlı tələbini bir də təkrarlayıb. Lakin Ağ Ev bunun ABŞ-ın Rusiya ilə birbaşa qarşıdurması olduğunu deyib.

"Biz bunun təsirli bir addım olacağına dair fikirlə razı deyilik. Çünki uçuşlara qadağa zonası bizim Rusiya təyyarələrini vurmağımız və onların potensial olaraq bizə cavab atəşi açması deməkdir" - deyə, Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı bildirib.

Bu arada NATO müdafiə nazirləri Rusiyanın Ukraynaya hücumundan sonra alyansın təhlükəsizliyinin gücləndirilməsini müzakirə etmək üçün Brüsseldə toplaşır.

Sammitə çağıran NATO-nun Baş Katibi Yens Stoltenberq tvitter səhifəsində yazıb ki, alyans üzvləri Rusiyanın Ukraynaya təcavüzünü, Ukraynaya güclü dəstəyini, NATO-nun müqavimət və müdafiəsini daha da gücləndirməyi müzakirə ediləcək.

Stoltenberqin dediyi kimi bu danışıqlardan əvvəl NATO-nun müdafiə nazirləri “bütün sahələrdə təhlükəsizliyimizi daha uzun müddətə gücləndirmək üçün konkret tədbirlərə dair mühüm müzakirələr” üçün görüşüb.

O, jurnalistlərə bildirib ki, potensial tədbirlər sırasında alyansın şərq hissəsində “əsaslı şəkildə daha çox qüvvənin” - dəniz və hava qüvvələrinin yerləşdirilməsi, raketdən müdafiə sistemlərinin artırılması, hərbi təlimlərin daha geniş və tez-tez keçirilməsi yer ala bilər.

ABŞ Müdafiə naziri Lloyd Ostin Ukraynanın özünü, eləcə də ABŞ-ın müdafiə qabiliyyətini dəstəklədiyini vurğulayıb. hücuma məruz qalan istənilən NATO müttəfiqinə kömək etmək öhdəliyi.

Güman edilir ki, Bayden bir neçə saat sonra Ağ Evdə çıxış edərək, keçən həftə ABŞ-ın son elan etdiyi Ukraynaya ümumi məbləği $2 milyard dollara çatacaq yeni yardımı açıqlayacaq.

Bayden çərşənbə axşamı jurnalistlərə "Putinin Ukraynaya təcavüzü Amerikadakı bütün insanları birləşdirdi" deyib

XS
SM
MD
LG