Accessibility links

Amerikada yaşayan ukraynalılar Rusiyanın vətənlərinə təcavüzü qarşısında birlik nümayiş etdirir


ABŞ-da yaşayan ukraynalıların icması Rusiyanın doğma ölkələrinə təcavüzü qarşısında birlik nümayiş etdirir
please wait

No media source currently available

0:00 0:03:33 0:00

ABŞ-da yaşayan ukraynalıların icması Rusiyanın doğma ölkələrinə təcavüzü qarşısında birlik nümayiş etdirir

ABŞ-da yaşayan ukraynalıların icması Rusiyanın doğma ölkələrinə təcavüzü qarşısında birlik nümayiş etdirir. 20 ildən artıqdır ABŞ-da yaşasa da, Mariya Dzyuma hələ də Ukrayna ilə sıx bağlıdır. "1999-cu ildə Amerika vətəndaşı oldum, amma ürəyim hələ də vətənimlədir" - deyə, o bildirir.

Ukraynadan minlərlə kilometr uzaqda, Çikaqoda yaşayan Dzyumanın fikri hazırda Rusiya hərbi qüvvələrinin hədəfində olan vətənində yaşayan dostları və yaxın qohumlarının yanındadır. "Bu, həqiqətən ürəyimi parçalayır. Gözəl vətənimin sərhədində rus tanklarının olması fikrindən məni ağlamaq tutur."

Artan gərginlik Yuri Sorokanın Çikaqoda qalmalı, yoxsa Ukraynada döyüşməyə hazırlaşmalı oloduğunu düşünməyə vadar edib. "Bu fikirlər beynimdən hər gün keçir."

Onu indiyə qədər ABŞ-da saxlayan dostlarının ona Ukraynanın bütün dünyada tərəfdarlara ehtiyacı olduğunu deməsidir. “Onlar mənə `bizim güclü oğlanlarımız var və onlar müharibədə olduqca yaxşıdırlar. ABŞ-da sizə ehtiyacımız var, gördüyünüz işi davam edin` deyirlər.”

Buna görə də Soroka, Dzyuma və İllinoys ştatındakı böyük Ukrayna icmasından yüzlərlə insan bir araya gələrək, Avropa İttifaqı ilə daha sıx əlaqələrə çağıran Meydan İnqilabının ildönümündə mitinq keçirib.

Lidiya Tkaçuk diaspor icmasının Çikaqodakı mədəni mərkəzi - Ukrayna Milli Muzeyinin prezidentidir. “Biz “Cənnət Yüzlüyü”nün xatirəsini anmaq üçün şamlar yandırırıq. Bunlar 2014-cü il fevralın 20-də vəhşicəsinə döyülən mülki vətəndaşlar idi”.

Tkaçuk deyir ki, bir çox ukraynalı amerikalılar özlərini çarəsiz hiss edir. “Onların çoxunun Ukraynada uşaqları, nəvələri, ataları anaları, bacıları var və onlar həmin insanlar üçün nə edə bilərlər? Həqiqətən də onlar üçün edə biləcəkləri çox az şey var”.

Yuri Soroka: “İcma olaraq biz çox güclüyük. Biz Ukraynaya yardım etmək üçün əlimizdən gələni edirik. Biz Ukraynadakı dostlarımıza, ailələrimizə maddi yardım edə bilərik”.

Soroka medianın münaqişəyə diqqət yetirməsini alqışlayır. "İndi işlər həqiqətən yoluna düşür və nəhayət Amerika mətbuatının diqqətini çəkdik və bu yaxşı işdir."

Ukrayna və Rusiya arasında sülh üçün dua edən və ümidlə yaşayan Mariya Dzyuma böhranı uzaqdan seyr edir və hazırda yaşadığı ölkədə qalacağına əmin deyil.

Mariya Dzyuma: “Hətta özümə belə bir sual verirəm, nə edərdim? Əgər bacarsam, oraya könüllü olaraq gedərdim”.

Müharibə təhlükəsi davam etdiyi üçün bir çox hava yolları şirkətinin Ukraynaya uçuşları ləğv etməsi oraya getmək üçün başqa bir problem yaradacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG