Accessibility links

Nəqliyyat Nazirliyi Rusiyanın 78 təyyarəsinin xaricdə saxlandığını açıqlayıb


Nəqliyyat naziri Vitali Savelyevin bildirdiyinə görə, Moskvanın Ukraynaya qarşı davam edən hərbi təcavüzü ilə əlaqədar olaraq tətbi edilən beynəlxalq sanksiyalar çərçivəsində xarici ölkələrdə Rusiyaya məxsus 78 təyyarə saxlanıb.

Savelyev martın 22-də Rusiya parlamentinin Yuxarı Palatası, Federasiya Şuraya bildirib ki, ölkədə qeydiyyatdan keçmiş Rusiya avia-şirkətlərinin 800-ə yaxın təyyarəsi var, onlardan 515-i beynəlxalq şirkətlərdən icarəyə götürülüb.

Rusiya qanunvericiləri ölkənin hava yollarına xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri yerli reyestrə qeyd etməyə icazə verən qanun qəbul etsələr də, bir çox avia-şirkət beynəlxalq tərəfdaşlarla əlaqələrə xələl gətirə biləcəyindən qorxaraq, bunu etməkdən çəkinib.

Savelyevin sözlərinə görə, Ukraynaya səbəbsiz hərbi müdaxiləyə görə ölkəni təcrid etmək məqsədi daşıyan bir sıra sanksiyalara baxmayaraq, 22 ölkədən 30-dan çox aviaşirkət Rusiyaya uçuşlarını davam etdirir.

Sanksiyalar həmçinin Rusiyaya təyyarə hissələrinin tədarükünün və təyyarə xidmətlərinin dayandırılmasına səbəb olaraq, aviaşirkətlərin vəziyyətini pisləşdirib.

Rusiyanın federal hava nəqliyyatı agentliyi Rosaviatsia martın 5-də xarici şirkətlərdən icarəyə götürülmüş təyyarələri olan yerli avia-şirkətlərə təyyarələrin ələ keçirilməsinin qarşısını almaq üçün qonşu Belarusdan başqa xaricə bütün uçuşları dayandırmalarını tövsiyə edib.

Boeing və Airbus kimi Qərbdə istehsal olunan Rusiya təyyarələrinin əksəriyyəti ya Bermud adalarında, ya da İrlandiyada qeydiyyata alınıb. Lakin bu ölkələr bu yaxınlarda Rusiya tərəfindən idarə olunan aviaşirkətlər üçün sertifikatlaşdırma prosesini dayandıraraq, faktiki olaraq onların fəaliyyətinə son qoyub.

XS
SM
MD
LG